Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı

1-07-2021, 16:40

Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı


Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

DogruXeber.az Yenisabah.az a istinadən xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə qurumun yaratdığı xüsusi qrupların araşdırmaları nəticəsində Abşeron rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, Şollar-Bakı su kəmərinin Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində magistral xətdən qanunsuz qoşulma ilə götürülən içməli sudan əkin sahələrinin suvarılmasında istifadə edilib.

Qəsəbədə fəaliyyət göstərən kafenin texniki şərti və sayğacı olsa da, obyekt sahibi magistral su kəmərinə özbaşına qoşulma edib. Digər bir obyektin sahibi isə magistral kəmərdən gizli su xətti çəkməklə yanaşı, istifadə edilən suyun həcmini ölçmək üçün quraşdırılmış sayğacı özbaşına ləğv edib.

Masazır qəsəbəsi Əlağa Vahid küçəsində yerləşən avtoyuma məntəqəsinə isə su obyekt sahibinin evindən çəkilmiş qeyri-qanuni qoşulma ilə verilib. Araşdırmalar zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və sayğac quraşdırmadan içməli sudan istifadə edib.

Nəzarət tədbirləri zamanı Masazır, Saray, Qobu qəsəbələrinin yeni yaşayış massivlərində bəzi sakinlərin sudan uçotsuz istifadə etdiyi məlum olub. Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu lin yanvar-iyun aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 9110, Abşeron rayonu üzrə isə 1025 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq “Azərsu” üzrə 2 mln 441 min kubmetr, Abşeron rayonu üzrə isə 283 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı

Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı

Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlandı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram