Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

BDU Vətən müharibəsi iştirakçısına diplom vermir

5-07-2021, 13:07

BDU Vətən müharibəsi iştirakçısına diplom vermir


DogruXeber.az: - Vətən müharibəsi iştirakçısı, Bakı Dövlət Universitetinin 2019-cu il məzunu Vüsal Mahir oğlu Qarayev kəsirləri olduğu üçün diplom ala bilməyib. Bu səbəbdən V.Qarayev həqiqi hərbi xidmətə yollanıb. Xidmət müddəti zamanı Vətən müharibəsi başladığı üçün 1,6 il deyil, 2 il xidmətdə olub.

Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin sərəncamı ilə Laçının və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Bu barədə danışan V.Qarayev bildirib ki, psixoloji və maddi vəziyyəti yenidən universitetə qayıtmağa imkan vermir:

“Anam qızıl yel xəstəsidir. Atam yoxdur. İşləmək üçün diplom almalıyam. Lakin nə maddi vəziyyətim, nə də müharibədən sonra davam edən psixoloji gərginliyim universitetə qayıtmağıma imkan verir. Müharibədən sonra Laçın rayonunda 7 ay xidmətdə oldum. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdən diplomumu almaqda köməklik göstərməyini xahiş edirəm”.

Qeyd edək ki, BDU-ya V.Qarayevin problemi ilə bağlı saytımız tərəfindən sorğu göndərilib.//axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram