Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılır? – Bu gün dövriyyədə olmaması dövləti gözdən salır – ETİRAZ

5-07-2021, 20:43

Özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılır? – Bu gün dövriyyədə olmaması dövləti gözdən salır – ETİRAZ

“Özəlləşdirmə çeklərinin yenidən bərpa olunması təqdirəlayiq addım olmaqla yanaşı, xalqın sınmış ümidini özünə qaytara bilər”.

Bu sözləri özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması ilə bağlı məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakivaxti.az-a açıqlamasında deyib.

Özəlləşdirmə çekləri yenidən dövriyyəyə buraxılır? – Bu gün dövriyyədə olmaması dövləti gözdən salır – ETİRAZ

Partiya sədrinə görə, sözügedən çeklərin dövriyyəyə buraxılması sosial rifahı qaldırmaqla yanaşı, vətəndaşların dövlətə olan inamını da artıracaq:

“Özəlləşdirmə çekləri ilə bağlı məsələ ulu öndər Heydər Əliyevin dövründə diqqət mərkəzində idi və verilən qərar xalq üçün bir uğur idi. Vətəndaşlar öz tələbatlarını ödəmək üçün müəyyən sahələrdə bu çeklərdən istifadə edirdilər. Lakin sonradan hansısa səbəbə görə bu məsələ yaddan çıxarıldı. Ona görə də yaxşı olardı ki, özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması dövlətin diqqət mərkəzində olsun. Bu çeklərin istifadəsi əhalinin maddi rifahının yüksəldilməsi və müəyyən sıxıntıların aradan qaldırılması baxımından müsbət təsirə malik ola bilər. Özəlləşdirmə çeklərinin yenidən bərpa olunması təqdirəlayiq addım olmaqla yanaşı, xalqın sınmış ümidini özünə qaytarar. Elə insanlar var ki, zamanında dövlətə inanaraq bütün var-dövlətini sataraq özəlləşdirmə çekləri alıb və gələcəkdə faydalanacağını düşünüb. Lakin bu gün çeklərin dövriyyədə olmaması dövləti gözdən salmaq deməkdir. Hər halda bu sahəyə baxan məsul şəxslərin məsələni nəzarətdə saxlaması məqsədəuyğundur. Bu halda ölkədə gələcəyə inamla baxmaq mümkündür. Əlində 100-150 çeki olan şəxslər var. Bu və ümumilikdə əlində çekləri olan vətəndaşların haqqının bərpa olunması vacibdir. Milli Məclisə təyin olunan deputatlar bu məsələni müzakirəyə çıxarmaqla, vətəndaşlarımıza köməklik etmiş olar”.

Qeyd edək ki, özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq, 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002, 2004, 2008, 2009-cu illərdə çeklərdən istifadə müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılan dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram