Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qocalığımız üçün pulu necə yığaq: - Özəl pensiya fondları niyə yaradılmır?

6-07-2021, 16:36

Qocalığımız üçün pulu necə yığaq: - Özəl pensiya fondları niyə yaradılmır?


DogruXeber.az: - Dünyanın ən böyük pensiya fondu mart ayında bitən maliyyə ilini rekord ilə bağlayıb.

Yaponiya hökuməti Pensiya Fondu, martda bitən maliyyə ilində 25 % gəlirlilik təmin edərək 339 milyard dollar əldə edib. Bu, 2001-ci ildə fond qurulduğundan bəri əldə edilən ən böyük illik qazancdır.

Pensiya fondunun rəhbəri Masataka Miyazono, 2020-ci ilin aprel ayında vəzifəyə gəldiyindən bəri fond heç bir rübü itki ilə bağlamayıb. Ardıcıl dörd rüb ərzində əldə edilən qazancla birlikdə fondun idarə etdiyi aktivlərin cəmi böyüklüyü 1,6 trilyon dollara çatıb. Bu gün bir sıra dünya ölkələrində əhalinin pensiya ilə təminatında özəl pensiya fondları da mühüm rol oynayır. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir.

Qeyd edək ki, dövlət pensiya fondlarından fərqli olaraq özəl pensiya fondu əhalinin öz qazancı hesabına yığdığı təqaüdlərin saxlanması üçün yaradılan bazadır.

Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda özəl pensiya fondları yoxdur. Bu istiqamətdə bir müddət öncə addımların atılacağı barədə fikirlər səslənsə də, hələlik bu sahədə real nəticə yoxdur.

Millət vəkili Azər Badamov bildirib ki, Azərbaycanda Dövlət Sosial Müdafiə Fondu pensiya təminatı ilə bağlı funksiyalar yerinə yetirilir:

“Əhalinin sosial, pensiya təminatı həyata keçirilir. Ancaq dünya təcrübəsində özəl pensiya fondları mövcuddur ki, onlar da əhalinin sosial müdafiəsində iştirak edirlər və bu funksiyanın yerinə yetirilməsinə töhfə verirlər.

Biz inkişaf etməkdə olan ölkəyik, dünya təcrübəsini, sosial müdafiə qanunvericiliyini öyrənirik və orada olan yaxşı amilləri ölkəmizdə tətbiq edirik. Ola bilsin ki, gələcəkdə ölkəmizdə özəl pensiya fondlarının yaradılması məsələsi də gündəmə gəlsin. Məsələn, bizdə əvvəllər tibbi xidmətlər ancaq dövlət büdcəsindən formalaşırdı, ancaq bu ildən başlayaraq icbari tibbi sığorta tətbiq olunur və xidmətlərin daha da yaxşılaşdıırlması istiqamətində işlərin görülməsi məsələsi öz həllini tapmaqdadır.

Yəni özəl pensiya fonlarının təcrübəsi öyrənilir və həmin fondların fəaliyyəti məqsədəuyğun olsa, əhalinin sosial müdafiəsində daha da yaxşı rolu olarsa, ölkəmizdə də bunun tətbiqi istiqamətində addımlar atıla bilər”.

Millət vəkilinin fikrincə, cəmiyyət inkişaf etməlidir, hazır olmalıdır:

“Cəmiyyət inkişaf etdikcə qanunvericilik də inkişaf edir və müasirləşir. Özəl sektorun müsbət cəhətləri çoxdur və həmin müsbət cəhətləri araşdırıb öyrənilməlidir ki, bizim ölkəmizdə tətbiq olunarsa, o hansı effekt verə bilər. Bütün bunlar araşdıırılandan sonra ölkədə özəl pensiya fondunun yaradılmasında bir problem görmürəm”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirdi ki, bizdə heç kəs özəl pensiya fondunu təsis etməyib:

“Bu adi məsələ deyil. Özəl pensiya fonduna kim etibar edəcək? Bizdə insanlar heç banklara etibar etmirlər. Özəl fonddur, insanlar oraya pul yatırsa, sabah fondu bağladılar, çıxıb getdilər. Yalnız o ölkələrdə insanlar özəl pensiya fondlarına pul yatırır ki, orada maliyyə sistemi sabitdir, etibarlıdır. Bizdə əhali banka pul qoyur, sabah bağlanır, deyirlər sizə heç nə vermirik. Özəl pensiya fondu da buna bənzəyir. İnsanlar maaşından oraya vaxtaşırı müəyyən vəsaiti köçürəcək və adından da göründüyü kimi özəldir, kiminsə fondudur, sabah müflis oldu, qaçdı, kim cavab verəcək? Fikrimcə, bu bizdə oturuşmayacaq. İnsanlar buna etibar etməyəcək”.

Ekspert deyir ki, xaricdə bu dövlət tərəfindən tənzimlənir, ancaq dövlət ona görə cavabdeh deyil:

“Məsələn, İkinci Dünya Müharibəsindən sonra Almaniyada bir bank belə müflisləşməyib. Bu o deməkdir ki, Almaniya dövləti bankları düzgün tənzimləyə, nəzarət edə bilir. Eyni ilə də özəl pensiya fondları da belədir. Bizdə son 6-7 il ərzində bankların yarısı müflisləşib. Bu o deməkdir ki, bizdə bank nəzarəti orqanı bu işi yaxşı qura bilməyib. Bunu qura bilməyiblərsə, özəl fondlara necə nəzarət edəcəklər? Etibarlılıq olmayacaq. Hesab edirəm ki, biz buna hazır deyilik”.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram