“İcra başçıları rayonlarda atamanlıq edirlər" - ETİRAZ


DogruXeber.az: - “İcra başçıları rayonlarda atamanlıq edirlər. Onlar dövlət başçısının tapşırıqlarını yerinə yetirmirlər, bir anarxiya yaranıb. Heç kim heç kimin kitabını oxumur. Ona görə də Əhəd Abıyev kimilər adam da döyəcək”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev İcra Hakimiyyətlərinin ləğv edilməsini məqsədəuyğun hesab etdiyini bildirib:

“İcra başçıları rayonlarda atamanlıq edirlər. Onlar dövlət başçısının tapşırıqlarını yerinə yetirmirlər, bir anarxiya yaranıb. Heç kim heç kimin kitabını oxumur. Ona görə də Əhəd Abıyev kimilər adam da döyəcək. Tək Əhəd olsa nə var ki, bunların hamısı o gündədir. Ümumiyyətlə, bu sahəyə rəhbərlik edən insanlar düşünməlidir ki, bu cür hərəkətlərə reaksiya verilməlidir, qəti fikir bildirilməlidir. Amma görünür, o sahəyə baxanlar da hələlik Azərbaycanda xaosun olmasını istəyirlər, o arzudadırlar və dövlət başçısını nüfuzdan salmaqdan ötrü bütün variantlara əl atırlar. Hər halda, qəti qərar qəbul olunmalı, tədbir görülməlidir. Rayonların hamısı bu vəziyyətdədir, nə bilirlər, onu da edirlər.

Düşünürəm ki, rayon icra başçılarının yerlərdə qalması yersizdi, İcra Hakimiyyətləri artıq bir quruma çevrilib, çünki nə zavodu, nə də fabriki var. Heç bir şeyi yoxdursa, icra başçıları camaatı soymaqla, incitməklə məşğuldurlarsa, bu kimlərə lazımdır. Bu baxımdan rayon İcra Hakimiyyətləri ləğv edilməlidir, nümayəndəliklər olmalıdır. Otuz il icra başçısı işləmək olar?! Ona görə belə hərc-mərclik yaranıb. İcra başçıları şəhid ailəsini döyürlər, rayonlarda ağalıq edirlər deyə xalq arasında böyük narazılıq yaranıb”.

Qeyd edək ki, dünən Daşkəsəndən olan bir qrup şəhid valideyni Müdafiə Nazirliyinin qarşısına gələrək icra başçıları Əhəd Abıyevdən şikayət ediblər. Hətta şəhid analarından biri Əhəd Abıyevin onu döydüyünü bildirib.//moderator.az


Oxunub: 440

Son xəbərlər

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Tuskdan Zelenskiyə sui-qəsddə Rusiyaya kömək edən polyakın həbsinə reaksiya

Bütün xəbərlər