Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Uşaq bağçalarında çalışanların çoxu təhsilsizdir - NONSES

8-07-2021, 16:37

Uşaq bağçalarında çalışanların çoxu təhsilsizdir - NONSES


DogruXeber.az: - Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərə pedaqoji iş təcrübəsi yazılmır. Bununla bağlı uşaq bağçasında çalışan bir qrup müəllim sosial şəbəkələrdə şikayətlənib. Tələbləri uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi və onlara pedaqoji stajın yazılmasıdır.

Məlumat üçün bildirək ki, hazırda ölkədə 1670 uşaq bağçası və körpələr evi var. Onların 720-si kənddə, 940-dan çoxu şəhərlərdə yerləşir.

Bundan əlavə lisenziya almış özəl bağçalar da var ki, onların sayı 96 olmaqla, biri kənddədir. Təlim-tərbiyədə mühüm rola malik olan uşaq bağçaları dünya təcrübəsində təhsilin birinci pilləsi hesab olunur.

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov hazırda mövcud qanunvericiliyə görə belə bir stajın nəzərdə tutulmadığını qeyd edib.

Ekspertin fikrincə, Azərbaycanda uşaq bağçaları və körpələr evi icra hakimiyyətlərinin balansından çıxarılıb Təhsil Nazirliyinin nəzdinə keçərsə, bu sahədə çalışma təcrübəsi onlara pedaqoji staj verilə bilər:

“Təssüflər olsun ki, bu gün uşaq bağçaları və körpələr evində çalışanların böyük əksəriyyəti bu sahə üzrə ixtisaslı kadrlar deyillər. Şagirdlərə yaş həddinə malik zəruri bilikləri verə bilmirlər. Ona görə də bu gün bağçalarda və ya körpələr evində çalışanların əməyi pedaqoji staj hesab edilmir. Xüsusilə 1670 uşaq bağçasında çalışanların 30 faizi hər hansı bir orta ixtisas və ya ali təhsilə malik deyillər. Yəni onlar ümumi orta məktəb bazasına sahibdirlər”.

Ekspertin sözlərinə görə dövlət uşaq bağçalarında ali təhsillilər çalışmır:

“Baxmayaraq ki, 2016-cı ildə qəbul edilmiş Məktəbəqədər Təhsil haqqında qanuna görə uşaq bağçalarında və körpələr evində bu sahə üzrə ali təhsillilər çalışmaldır. Azərbaycanda yetərli kadr olmadığı üçün hələ də qeyri-ixtisaslı və qeyri-profilli şəxslər işləyir. Onu da deyim ki, dünya təcrübəsində uşaq bağçalarında çalışanlarla bağlı pedaqoji staj var. Məsələn Cənubi Koreyada, Finlandiyada və digər ölkələrdə məktəbəqədər təhsilin bir pilləsi hesab edildiyində pedaqoji staj hesablanır”.//dia.az

Uşaq bağçalarında çalışanların çoxu təhsilsizdir - NONSES






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram