Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Baş həkim dedi ki, xəstəxanada vaksin yoxdur..." - GİLEY

9-07-2021, 10:27 64 dəfə baxılıb

"Baş həkim dedi ki, xəstəxanada vaksin yoxdur..." - GİLEY


DogruXeber.az: - Sabirabad rayon Şəhriyar kənd sakini Rauf Həsənov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, rayon xəstəxanalarında quduzluq əleyhinə vaksin yoxdur. Onun sözlərinə görə, iyunun 27-də it hucumuna məruz qalan anası Validə Həsənovanı quduzluğa qarşı vaksinasiya olunmaq üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasına aparsa da, xəstəxanadan vaksinin olmadığı bildirilib.

“Xəstəxananın baş həkimi dedi ki, xəstəxanada vaksin yoxdur. Məcbur qalıb Saatlı rayon MX-na müraciət etdik, ancaq orada da eyni problemlə üzləşdik. Daha sonra anamı hadisənin səhəri günü, iyunun 28-də Şirvan MX-a aparıb, orada quduzluğa qarşı ilk vaksin vurdura bildik”.

Rauf Həsənov deyir ki, bir müddət əvvəl özü də çaqqal hücumuna məruz qalarkən vaksin problem ilə üzləşib. Şikayətçi iddia edir ki, onlara xəstəxanada “yoxdur” deyilən vaksinlər apteklərdə yüksək məbləğdə satılır.

Məsələ ilə bağlı Sabirabad rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram