Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Yelo Bank müharibə veteranına qalib gəldi – 100 manat ÖDƏNMƏLİDİR

9-07-2021, 10:30

Yelo Bank müharibə veteranına qalib gəldi – 100 manat ÖDƏNMƏLİDİR


DogruXeber.az: - Yelo Bankın müharibə iştirakçısı Ərəstun Əbilzadəni 100 manat borca görə məhkəməyə verdiyini xəbər vermişdik. İyulun 1-də Biləsuvar Rayon Məhkəməsində müharibə veteranının iştirakı olmadan iclas keçirilib. Məhkəmə Yelo Bankın xeyrinə qərar çıxarıb və qarşı tərəfdən 100 manat borcu ödəməsi tələb edilib.

Bu barədə Ərəstun Əbilzadənin özü məlumat verib.

O, deyib ki, gəmidə çalışdığı üçün məhkəmədə iştirak edə bilməyib. Buna baxmayaraq Biləsuvar Rayon Məhkəməsi qərar çıxarıb:

“Təsəvvür edin ki, məhkəmədə mənim veteran olduğum barədə bir kəlmə də olsun qeyd edilməyib. Bankdan isə xəbər yoxdur. Hansı məhkəmə nə qərar çıxarırsa, vicdanları bilsin. Mən heç nə ödəyən deyiləm”, deyə Ərəstun Əbilzadə əlavə edib.

Xatırladaq ki, Ərəstun Əbilzadə Vətən müharibəsindən əvvəl bankdan 5 min manat borc götürüb və vaxtı-vaxtında aylıq ödənişlərini edib. Müharibədə olduğu müddətdə məlum səbəbdən borclarını gecikdirib.

Bank isə veteranın gecikdirilmiş borcuna görə əlavə hesablanmış faiz (100 manat) yazıb. Müharibədən qayıdandan sonra gecikdirdiyi aylıq borclarını ödəsə də, bank bununla kifayətlənməyib. Yelo Bank müharibə iştirakçısından hələ də faizin ödənilməsini tələb edir. Ərəstun Əbilzadə 13 may 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində doğulub. 2010-cu ildə orta təhsilini bitirərək Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.

Burada Gəmiçilik və gəmilərin hərəkətinin idarəedilməsi ixtisası üzrə təhsil alıb. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə gedib.

Müddətli həqiqi hərbi xidmətdən sonra 2015-ci idlə ASCO-nun “Ramiz Hacıyev” gəmisində matros kimi işə başlayıb.

Ərəstun Əbilzadə Vətən müharibəsində iştirak edən 58 nəfər ASCO əməkdaşından biridir. 44 günlük haqq savaşında qəhrəmanlıqla, böyük qürurla döyüşüb.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram