Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bu fənn üzrə ilk dəfə müəllimlərin işə qəbulu başlayır - Diqqət!

Bu fənn üzrə ilk dəfə müəllimlərin işə qəbulu başlayır - Diqqət!
9-07-2021, 10:33 71 dəfə baxılıb

Bu fənn üzrə ilk dəfə müəllimlərin işə qəbulu başlayır - Diqqət!


DogruXeber.az: - 2021-2022-ci tədris ili üçün ilk dəfə olaraq "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində informatika fənni üzrə müəllimlərin işə qəbulu həyata keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə də vakansiya seçmək imkanı veriləcək. İnformatika fənnini yeni formatda tədris etməyi hədəfləyən layihə üzrə çıxarılan vakansiyaları müsabiqədə iştirak edərək müvafiq bal toplayan namizədlər seçə biləcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və onlara proqramlaşdırmanın əsasları öyrədilir. 2017-ci ildən etibarən həyata keçirilən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir.//dia.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram