gundem / dunya
9.07.2021, 15:29
Ermənistanda rayon rəhbəri yoxa çıxdı
DogruXeber.az: - Ermənistanın Sünik (Zəngəzur-red.) bölgəsinin Vorotan rayon rəhbəri Suren Ohancanyan naməlum istiqamətə aparılıb.
Bu barədə Gorus merinin müavini Menua Ovsepyan bildirib.
"Onu kimin hara apardığını hələ deyə bilmərəm", - Ovsepyan əlavə edib.
Xatırladaq ki, bundan əvvəl hüquq-mühafizə orqanları əməkdaşları Ohancanyanın evində axtarış aparıblar. Axtarışlar məhkəmənin icazəsi ilə olub .//dia.az