Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şəhid ailəsinin nifrətini qazanan Qax məmurları... - VİDEO

Şəhid  ailəsinin nifrətini qazanan Qax məmurları... - VİDEO
9-07-2021, 15:47 310 dəfə baxılıb

Şəhid  ailəsinin nifrətini qazanan Qax məmurları... - VİDEO

DogruXeber.az: - İkinci vətən müharibəsi başlamazdan bir neçə gün öncədən xalqımız bir yumruq kimi elə birləşdi ki, həqiqətən ordumuz ilə bərabər, xalqımız ilə də fəxr edib, qururlandıq. Müharibənin davam etdiyi 44 gün boyunca da, müharibə bitdikdən sonra bu "yumruq" var gücü ilə sıxılıb dayanmışdı.

Amma...

Amma, çox təəssüflər olsun ki, nədənsə bu "yumruq" cəmi 2020-ci ilin sonuna qədər dözdü.

Allah rəhmət eləsin cəmi şəhidlərimizə !

Onların 40 günlüyü tamam olan kimi ölkədə, xalq arasında narazılıqlar başladı.

Əslində bu narazılıqlar xalqdan deyil. Şükürlər olsun ki, xalq olaraq qədirbilənik. Lakin, çox təəssüflər olsun ki, bəzi - daha doğrusu əksər məmurlar haqqında eyni sözü deyə bilmirik.

Nədənsə bir çox İcra başçıları, bələdiyyə sədrləri və digər səlahiyyət sahibləri düşmənə qalib gələn müharibə veteranları, qazilər və şəhid ailələri ilə düşmən kimi rəftar edirlər. Onların acılarına, problemlərinə biganə yanaşırlar.

Bu nəyin qisasıdır görəsən?...

Anlamaq çətindir, vallah.

44 gün boyu övladlarını pandemiyanın davam etdiyi, xarici ölkələrə çıxış olmadığı bir bir müddətdə sözügedən məmurların əksəriyyəti (bəlkə də hamısı) hansı yollarla bilmirik, amma övladlarını ölkədən çıxarmağı bacarmışdılar.

Bilmək olmur özləri ölməkdən qorxurdular, yoxsa düşməni öldürməkdən?!

Əslində bu cür sual yaradan, belə düşünməyə əsas verən həmin laqeyd, məsuliyyətsiz məmurların müharibə iştirakçıları, Qazi və şəhid ailələri ilə soyuq və kobud, düşməncəsinə davranışlarıdır.

Bu gün müxtəlif dövlət idarələri önündə, məmur qapısında yayın qızmar günəşindən qovrula-qovrula, ayaq üstə güclə dayanaraq dərdini deməyə çalışan, lakin bütün cəhdləri boşa çıxan qazilər, müharibə iştirakçıları, şəhid ailələri, icra başçısı tərəfindən döyülən, İcra nümayəndəsi tərəfindən təhqir olunan, bələdiyyə sədrləri tərəfindən aldadılan şəhid anaları bizim əmanətimiz, dəyərlərimizdir.

Səlahiyyət sahibləri o dəyərlərimizi heçə sayıb, sözün əsl mənasında əmanətimizə xəyanət edirlər.

Biz DogruXeber.az informasiya agentliyi olaraq səlahiyyət sahiblərinin bacarmadığını - bizi qürurlandıran, bütün dünyada başımızı göylərə qaldıran oğullarımızı və onların əziyyətini dəyərləndirməyi bacarırıq. Hər zaman əlimizdən gələn qədər dəstək olmağa çalışmışıq ki, bunun da şahidi siz izləyicilərimiz və bizə müraciət edən həmin müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin özləridir.

Bu bizim onlara minnətimiz deyil. Minnətdarlığımızdır!



Amma, Mediada yayılan bu görüntülər onu deyir ki, bir çox məmurlar kimi nə Qax rayon İcra başçısı Musa Şəkiliyev, nə Qax rayon Bələdiyyə sədri Eyvaz Orucov, nə də Qax rayonunu Milli Məclisdə güya təmsil edən Azər Kərimli sözügedən dəyərlərimizə nəyinki minnətdarlıq hissi duymur, ümumiyyətlə onları görməzdən gəlirlər.

Əslən Qax rayonundan olan şəhid Palkovnik-leytenant Sadiq Məmmədovun valideynləri, həyat yoldaşı və övladları, 6 nəfərdən ibarət ailə illərdir ki, yataqxana tipli binada bir otaqda yaşayırlar. Sadiq Məmmədovun anası deyir ki, 14 ildir müraciət etmədiyi yer qalmayıb.

Heç olmasa boş torpaq sahəsi versinlər orda bir "dam" tikib yaşasın deyə 14 ildir Bələdiyyə sədri Eyvaz Orucova müraciət edir.
Ömrünün 22 ilini bu Vətənə xidmət edən, elə ömrünü bu torpaq uğrunda da başa vuran şəhidin ailəsinə uğrunda öldüyü torpaqdan 3-5 sot ərazisini qıymamaq, yaxud qarşılığında pul ummaq, daha doğrusu rüşvət tələb etmək, onlara qarşı bu saymamazlıq Qax rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyevin, deputat Azər Kərimlinin, Bələdiyyə sədri Eyvaz Orucovun təkcə məsuliyyətsizliyinin deyil, eyni zamanda onların daşıdıqları vəzifə üçün tamamilə yararsız olduqlarının sübutudur.

Vəzifə onların şəxsi işlərinə, ciblərinə, yaxınlarına, qohumlarına yarasa da nə sözügedən şəxslər, nə də onlar kimi digər məmurlar özləri vəzifəyə yaramırlar.

DogruXeber.az informasiya agentliyində tez-tez bu mövzulara toxunulması o demək deyil ki, bizim kimlərəsə qarşı qərəzimiz var. Əksinə, bu cür məmurların bu xalqa qarşı qərəzli davranışları xalqın nümayəndəsi olaraq bizim də həm əsəblərimizə, həm də qürurumuza toxunur.

Prezident öz çıxışlarında bildirmişdir ki, "jurnalistlər mənim dostumdur". Bu ifadəni ona görə işlətmişdir ki, Prezident özü də ölkədə və dünyada baş verənlərdən əsasən media vasitəsilə xəbərdar olur.

Sözsüz ki, bizim də tərəfimizdən yayımlanan bütün məlumatlardan Cənab Prezident də yararlanır, güvənib, vəzifəyə təyin etdiyi məmurların əslində kim olduqlarını, xalqa necə xidmət etdiklərini görür.

Odur ki, bu cür xəyanətkar məmurların barəsində hər hansı tədbirlərin görüləcəyi zaman, yəqin çox da uzaqda deyil.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram