Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Təmiz şəhər”in rəhbərliyindən NARAZILIQ... - GİLEY

10-07-2021, 17:25

“Təmiz şəhər”in rəhbərliyindən NARAZILIQ... - GİLEY


DogruXeber.az:
- Bakı şəhər sakini Pərvanə Vəlizadə “Təmiz şəhər”də işləmiş həyat yoldaşı Şahin Vəlizadənin ötən ilin oktyabrında vəzifəsinə aid olmayan işi icra etməsi tələb olunduğu üçün üzərinə dəmir darvaza düşərək həlak olduğunu bildirib.

“Qafqazinfo”ya müraciət edən P.Vəlizadə buna görə “Qala Sığorta” şirkəti tərəfindən 70 – 100 min manat arası təzminat veriləcəyinin deyildiyini, lakin buna əməl olunmadığını bildirib.

O qeyd edib ki, şirkət cəmi 54 min 600 manat pul köçürüb: “Qalan məbləğin ödənilməsi üçün məhkəməyə müraciət etdik. Lakin “Təmiz şəhər”in rəhbərliyi şikayəti geri götürməsək, qalan məbləğin də əlimizdən alınacağını dedi”.

“Təmiz Şəhər” ASC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hadisəyə mərhumun ehtiyatsızlığı səbəb olub: “Təhqiqat komissiyasına təqdim edilən sənədlərdən, alınan izahatlardan, aparılan sorğulardan və hadisə yerinə baxışdan sonra müəyyən olunub ki, Şahin Vəlizadə xidmət apardığı ərazidən avtomobillərin çıxması üçün darvazanı bağladığı zaman stopor tab gətirməyərək qırılıb və darvaza yerindən çıxaraq üzərinə düşüb. Bu zaman o vəfat edib.

Təhqiqat komissiyasının aktına əsasən səbəb Şahin Vəlizadənin ehtiyatsızlığı olub. Mərhumun ölümü ilə nəticələnən bədbəxt hadisə istehsalat xarakterli olaraq qiymətləndirilib. Sabunçu rayon prokurorluğunun iş üzrə qərarına əsasən Şahin Vəlizadənin vəfatının səbəbi səhlənkarlıq olaraq qiymətləndirilib.

"Təmiz Şəhər” mərhumun ailəsinə qanunvericiliklə nəzərdə tutulan birdəfəlik müavinət ödəyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram