Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sumqayıtda 5 məktəb direktoru işdən azad olunub – SİYAHI

Sumqayıtda 5 məktəb direktoru işdən azad olunub – SİYAHI
12-07-2021, 10:47 81 dəfə baxılıb

Sumqayıtda 5 məktəb direktoru işdən azad olunub – SİYAHI

Sumqayıtda bir sıra məktəb direktorları tutduqları vəzifədən azad olunublar.

DogruXeber.az-ın Xeberle.com-a istinadən məlumatına görə, son bir ildə 65 yaş senzinə görə, bir sıra məktəb direktorları ilə bağlanan müqaviləyə xitam verilib.

Belə ki, uzun illər 16 nömrəli məktəbin direktoru olan Niyaz Süleymanovla bağlanan müqaviləyə ötən ilin avqustunda xitam verilib. 2020-ci ilin sentyabrın 1-dən isə həmin məktəbə rəhbərlik müvəqqəti olaraq Sevil Behbudbəyliyə tapşırılıb.

Sumqayıtın köhnə məktəblərindən olan C. Səfərov adına 10 saylı məktəbin direktoru Tahir Nəsibov da ötən ilin oktyabrın 8-də tutduğu vəzifədən azad olunub. Həmin məktəbdə isə hazırda Təranə Mehdiyeva direktor əvəzidir.

Yusif Məmmədəliyev adına 31 nömrəli orta məktəbin direktoru Xanım Əhmədova ilə isə müqaviləyə 2020-ci ilin oktyabrın 9-dan xitam verilib. Bu ilin yanvarın 22-də isə həmin məktəbə Leyla Əliyeva direktor təyin olunub.

42 nömrəli orta məktəbin direktoru Şahsənəm Məmmədova isə bu ilin yanvarın 15-dən tutduğu vəzifədən azad olunub. Sözügedən məktəbdə hazırda İlham Mirzəliyev direktor əvəzidir.

Uzun illər İnteqrasiya təlimli internat tipli gimnaziyanındirektoru işləmiş Ayət Kərimova ilə də bağlanan müqaviləyə bu ilin iyunun 23-dən xitam verilib. Gimnaziyaya rəhbərlik isə müvəqqəti olaraq Fərqiyyə Alimovaya tapşırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram