Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Ailə büdcəsi mənim əlimdədir" - Rəqsanə

12-07-2021, 14:15 65 dəfə baxılıb

"Ailə büdcəsi mənim əlimdədir" - Rəqsanə

Müğənni Rəqsanə İsmayılova "ATV Maqazin onlarla" verilişində qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

DogruXeber.az Publika.az-a istinadən xəbər verir ki, Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovun xarakterindən danışıb.

"Həyat yoldaşımla 2012-ci ildə tanış olmuşuq, 2014-cü ildə evlənmişik. Ailəmiz sevgi üzərində qurulub. Üç aydan çox həyat yoldaşımla restoranda oturmuşuq, mən öz evimə, o öz evinə gedib. Biz belə bir münasibət yaşamışıq və sevgi də bundan yaranıb. Bu gün əlimə mikrofon alanda 10 min qazanıram. Ətrafımda 10-15 nəfərə pul verirəm, pula görə kimləsə münasibət qurmaq istəmirəm. Mən istəyirəm ki, həyatımda ərim və övladlarıma atalıq edən insan olsun. Həyat yoldaşım başqa xarakterə malikdir. Azərbaycan müğənnilərini tanımırdı, şou-biznesin nə olduğunu bilmirdi. Mən yazıq kişini şou-biznesin içinə gətirdim. Ona görə xoşbəxtəm ki, Allah bu insanı qarşıma çıxardı. Mən bu günə qədər həyat yoldaşımdan pul istəməmişəm. Ailə büdcəsi mənim əlimdədir. O heç vaxt mənim puluma əl vurmur. Biz uşaqları çox sevirik. Həyat yoldaşım deyir ki, iki də qızımız olsun. Amma yaş o yaş deyil".

Rəqsanə İsmayılova Fədayə Laçın ilə küsülü olduğunu da etiraf edib: "Bu gün Fədayə və bacısı Manaf Ağayev və başqalarına təşəkkür edirlər. Onun yanında həmin məqamlarda (həbs edilən zaman) mən olmuşam. Ondan incimişəm, danışmıram. Bu gün Moskvadadır, amma axtarmıram. Moskvaya da mən gətirmişəm. Fədayə Laçın üçün pul yığanda Xalq artistləri 50 manat göndərmişdilər, mən utandım, siyahını cırdım. Anamı Fədayə xanımın evinə göndərmişdim. Mənim kiməsə borcum yoxdur. Fədayə Laçın bir nömrə olanda mənə kömək etməyib. Mən bu gün 100 minlik söhbəti bağlatdırıram".

Müğənni həmkarı Damlanın problemini həll etdiyini də açıqlayıb: "Damlanı çox sevirəm, hörmətim var. Onun çox böyük problemlərini həll etmişəm. Hörmətimi saxlayır, anası dəfələrlə zəng edib minnətdarlıq edib. Aysun ilə duet oxuyanda Damla xanımla problemimiz olmuşdu. Həmin hadisədən sonra Damla Rusiyaya gəldi və bəzi problemlər yaşadı. Onda Damlaya ana-bacı, qardaş, dost, ata olmuşam. İnanmaram ki, Damla bunu təsdiqləməz. Ola bilər ki, cavandı, efirdə deməyib Rəqsanə mənə kömək etdi, yanımda oldu. Bu gün Moskvadan toy sahibləri mənimlə məsləhət edirlər ki, kimi toy mərasimimizə dəvət edək. O siyahıda birinci Damlanın, qızım Aysun İsmayılovanın və Könül Kərimovanın adını yazdırıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram