Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO

13-07-2021, 09:06

İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO

DogruXeber.az: - Samux İcra Hakimiyyətinin başçısı Alı Qocayevin rayonun müxtəlif yerlərində, kəndlərdə torpaq sahəsinin, daşınmaz mülkünün olduğu haqda dəfələrlə açıqlama vermişik.

İcra başçısının hələ də digər bölgələrdə ailəsinin və özünün adına yeni-yeni mülkləri aşkarlanır. Bütün bunlar isə onu deməyə əsas verir ki, Alı Qocayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdədir.

A.Qocayevin rayonun bir sıra kəndlərində də ailə üzvlərinin və yaxın qohumlarının adına hektarlarla torpaq sahəsi var. O cümlədən, Kür yolunun üstündə, daha dəqiq desək, çaya gedilən yolun kənarındakı “parnik”lərin də icra başçısına məxsus olması barədə informasiyalar mövcuddur.

Bundan əlavə, Samux rayonunun Ziyadlı kəndinin ərazisində 3 hektar torpaq sahəsində A.Qocayevin böyük fermasının olduğu bildirilir.

“Hürriyyət”in bölgə müxbiri Azər Allahverdiyevin əldə etdiyi məlumata görə, icra başcısı Gəncənin Rüstəm Allahverdioğlu küçəsində, Mədəniyyət Nazirliyinin tabeçiliyində olan "KLUB" deyilən yerin ərazisində ikimərtəbəli ev də tikdirib.//hürriyyət






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram