Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Siyəzəndə məktəb direktoru haqqında şok iddia - O korrupsionerdir - Video müraciət

13-07-2021, 11:47

Siyəzəndə məktəb direktoru haqqında şok iddia - O korrupsionerdir - Video müraciət


Siyəzən rayon sakini Ruslan Quliyev yenidən Azinfo.tv yə video müraciət göndərib və bu video müraciətini dərc etməyimizi xahiş edir. Video müraciəti qısa ixtisarla yazırıq və geniş şəkildə videonu təqdim edirik.Biz Siyəzən rayon 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanovun qanunsuz əməlləri barəsində prezident administrasiyasına, hüquq-mühafizə orqanlarına və təhsil nazirliyinə şikayət etmişik. Eyni zamanda internet resurslarından istifadə etmək yolu ilə müxtəlif KİV-lərdə çıxışlar etmişik. Təəssüf ki, təhsil naziri Emil Əmrullayev öz vəzifəsinin öhdəsindən gələ bilmir.

Qeyd etdiyim müəssisədə inventarların yoxlanılması, maliyyə vəsaitlərinin sərfiyyatı yoxlanılsa əminliklə deyirəm ki, külli miqdarda çatışmazlıqlar ortalığa çıxar. Rəşad Rəhmanovun tabeçiliyində olan bəzi şəxslər məktəbi bazara çeviriblər. Məktəbdə dərs saatları, siniflər pulla satılır, təhsil nazirliyinə olunan şikayətlər Xaçmaz regional təhsil idarəsinin müdiri Şahin İsrafilovun üstünə göndərilir. Hamıya məlumdur ki, Şahin İsrafilov və Rəşad Rəhmanov yaxın dostdurlar və bu dostluq istənilən şikayətin ört-basdır olunmasına səbəb olur. Sabiq nazir Ceyhun Bayramovun zamanında Şahin İsrafilov dəfələrlə qanunsuz əməllərinə görə töhmət alıb. Hazırda Rəşad Rəhmanov millət vəkili Sabit Qurbanova söykəndiyini bildirir. Rəşad Rəhmanov Etibar Heydərovun kadrıdır. Etibar Heydərov Siyəzənin üz qarasıdır.
İcra başçısı Novruz Novruzov və birinci müavini Aqşin Ağayev cütlüyün sayəsində Siyəzən rayonu sosial etirazlara yaxşı olardı ki, hüquq-mühafizə orqanları Şahin İsrafilov və Rəşad Rəhmanov barəsində araşdırma aparsınlar və onların dəyəri milyonlarla ölçülən mal-mülkünün mənbəyini ortalığa çıxarsınlar.
Cənab prezident! Sizdən xahiş edirəm ki, təhsil naziri Emil Əmrullayevə Siyəzən 2 saylı tam orta məktəbində maliyyə araşdırması aparması tapşırığı verəsiniz. Çünki məktəbin direktoru Rəşad Rəhmanov məktəbə ayrılan ləvazimatları , hətta ağ vərəqlər və təbaşir daxil şəxsi maraqları naminə satdıraraq mənimsəyib.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Elçin İsmayıllı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram