"Sabah başımıza nəsə gələrsə, bizə verilmiş mənzillər ailəmizə qalacaq? - MÜƏMMA

DogruXeber.az: - Sumqayıt şəhərində yerləşən əlillər, qazilər və şəhid ailələri üçün inşa edilmiş 12 mərtəbəli 96 mənzilli binanın sakinləri "Hürriyyət"in redaksiyasına müraciət ediblər. Sakinlər bildirir ki, 2012-ci ilin dekabrından aldıqları mənzilləri özlləşdirə bilmirlər. Halbuki, incəsənət mənzillərinə verilmiş mənzillər özəlləşdirilir. Bina sakinləri ölkə başçısından onlara verilmiş mənzillərin özəlləşdirilməsiylə bağlı göstəriş verilməsini xahiş edir:

"Binamız 2012-ci ilin 24 dekabrında və cənab Prezidentin doğum günündə şəxsən özünün və Mehriban xanımın iştirakı ilə açılışı olub. Cənab Prezident çıxışında qeyd etdi ki, dövlətimiz əlillər, qazilər və şəhid ailələri üçün yaraşıqlı mənzillər tikib. Bildirdi ki, bundan sonrakı həyatınızda ailənizlə gözəl mənzillərdə xoşbəxt və firavan yaşayasınız. Keçən müddət ərzində dəfələrlə dövlət orqanlarına müraciət etmişik ki, binamıza qanuni sənəd verilsin. Əmin olmaq istəyirik ki, sabah başımıza nəsə gələrsə bizə verilmiş mənzillər ailəmizə qalacaq. Hansısa qanuni sənəddə mənzillərin ailənin digər üzvlərinə qalacağı ilə bağlı heç nə göstərilməyib. Biz cənab Prezidentdən xahiş edirik ki, mənzillərimizə qanuni sənəd verilsin. Milli Məclis 2009-cu ildə mənzil məcəlləsinə dəyişiklik edib. Belə ki, həmin məcəlləyə edilmiş əlavəyə əsasən dövlət tərəfindən təmənnasız verilmiş mənzillər özəlləşdirilə bilməz. Sözsüz ki, qanun qəbul edilirsə, bütün vətəndaşlar qanuna tabe olmalıdır. Lakin, qanun hamı üçün bərabər qaydada işləmir. Həmin qəbul edilmiş qanun incəsənət xadimlərinə aid deyil.

Onlara dövlət tərəfindən verilmiş mənzillərin özəlləşdirilməsinə icazə verilir. Təəsüf ki, əlillər, qazi və şəhid ailələrinə verilmiş məzillərin özəlləşdirilməsinə icazə verilmir. Belə bir qanunsuzluqla üzləşmişik. Binamızda əlillər, çernobl əlilləri, qazilər və şəhid ailələri yaşayır. Sözügedən problem məhz bu binaya aid deyil. Respublikanın digər yerlərində əlillərə, qazilərə və şəhid ailələrinə verilmiş bütün mənzillərə aid problemdir. Bunun səbəbini anlamırıq. Əllərində milli məclisdə qəbul edilmiş qanunu əsas götürürlər. Belə bir qanunun qəbul edilməsi əsassızdır. Bildirilir ki, guya ki biz bu mənzilləri satıb, yenidən mənzil növbəsinə yazılacağıq. Əgər, mənim adım siyahıda varsa və mənzili almışamsa, demək ki, ikinci dəfə mənzil növbəsinə yazıla bilmərəm. Belə bir nəticəyə gəlmək olar ki, burda rüşvət və korrupsiya faktları var. Hər halda nazirliyin bunu araşdırmaq səlahiyyəti var".


QEYD: Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//


Oxunub: 303

Son xəbərlər

Tarixdə ilk dəfə: Danimarka USQ üçün Ukrayna istehsalçılarından silah alır

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 10 % artırıb

Faktiki hava: Bakı və Abşeron yarımadasında 29 dərəcə isti olub

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

Azərbaycan IEA ilə enerji səmərəliliyi üzrə yol xəritəsinin hazırlanmasını müzakirə edib

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

İki narkokuryer tutuldu

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasına belə reaksiya verdi

Şahin Abbasov və qardaşları Moskvaya aparıldı

YAŞILLIĞI KİMLƏR VƏ NƏ SƏBƏBƏ MƏHV EDİR - CAVABDEH QRUMLAR NİYƏ SUSUR?

"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"

"Noldu ki, bu boyda məhbusların olduğu ölkədə təkcə Arif Hacılının oğlu azadlığa çıxdı?"

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir

Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir? — Siyavuş Novruzov

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

"Ukraynanın sağ qalması ABŞ üçün vacibdir" - Tramp

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

"Xəzər TV"nin məşhur verlişi bağlanacaq

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI

ABŞ İsrailin İrana zərbə endirməsini dəstəkləir

Sabah 30 dərəcə isti olacaq

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

"Satınalmalarda ciddi problemlər mövcuddur" - Vahid Əhmədov

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Bütün xəbərlər