Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini saxlanıldı

15-07-2021, 08:40

Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki rayon sakini saxlanıldı

DogruXeber.az: - Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Ağaməmməd Əmişov şöbə əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan təmiz çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli Adil Əkbərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə baxış keçirilən zaman A.Əkbərovdan şəxsi istehlak miqdarından artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram