“Rusları sülhməramlı kimi qəbul etmirəm” - Deputatdan ETİRAZ


DogruXeber.az: - “Ermənilərin Azərbaycan ərazilərinə qarşı təxribatları getdikcə artır. Bu təxribatlar Azərbaycan-Ermənistan sərhədindən daha çox ərazimizdə olan seperatçı qüvvələrin, həmçinin sülhməramlıların nəzarətində olan ərazilərdə baş verir. Bu hadisələrin fonunda yeni proseslərin başlayacağı istisna olunmur”.

Bu sözləri Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov ermənilərin növbəti dəfə Şuşa istiqamətində Azərbaycan mövqelərini atəşə tutması barədə danışarkən deyib.

Elman Məmmədov Ermənistanın qanunsuz addımlarının ağır nəticələnə biləcəyini bildirib:

“Ermənistanın son günlər Azərbaycan mövqelərini atəşə tutması fonunda müəmmalı, düşündürücü məqamlar ortaya çıxır. Hazırda Azərbaycan ərazisində erməni seperatçı qüvvələrin qalıqları və onun tabeliyində olan keçmiş Dağlıq Qarabağın terrorçu quldur dəstəsi, həmçinin Ermənistan ordusunun müəyyən qədər silahlı birləşmələri var. Həmin ərazilərə də sülhməramlılar nəzarət edir. O ərazilərdən atəş açılırsa, təxribatlar baş verirsə, demək bu, sülhməramlıların gözü qarşısında olur. Belə fikir yaranır ki, ya bu təxribatları sülhməramlılar təşkil edir, ya da öz vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər. Haqlı olaraq bizdə fikir yaranır ki, sülhməramlılar ərazimizdə cinayətkar dəstələrinin fəaliyyətinin təminatı ilə məşğul olurlar. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhdiddir, qanunlara qarşı hörmətsizlikdir. Bu halda, Azərbaycan həm öz qanunlarına, həm də beynəlxalq hüquqlara istinad edərək, ərazisini qeyri-qanunu silahlı birləşmələrdən, terrorçulardan təmizləməlidir. Artıq Ermənistan Azərbaycana başqa çıxış yolu buraxmadı. Ərazilərimizdə anti-terror əməliyyatı başlamalıdır. Keçən müddət ərzində proseslərin davamını təmkinlə gözlədik. Artıq Ermənistan üçün təhlükəli dövr başlaya bilər”.

Deputat Rusiya Müdafiə Nazirliyinin təxribatla bağlı açıqlamasına da münasibət bildirərək, bu ölkənin münasibətlərdə səmimi olmadığını vurğulayıb:

“Mənim bu fikirlərim kimlərinsə xoşuna gəlməyə bilər, amma biz tarixə nəzər salsaq görərik ki, Rusiya Çar Rusiyası, istər Sovet İttifaqı, istərsə də hazırkı Rusiya Federasiyası dövründə - tarixin heç bir dövründə səmimi olmayıb. Bu dövlət dünyanın heç bir ölkəsində ədalətli sülhməramlılıq rolunu oynamayıb. Rusiya tarixinin bütün dövrlərində işğalçılıq siyasəti həyata keçirib. Onlar heç vaxt tərəfsiz mövqe tutmayıb, tuta bilməyiblər. Bu gün də bizim ərazimizdə sülhməramlı kimi yerləşən ruslar orda ermənilərin məskunlaşması ilə məşğuldur. Sülhməramlılar ermənilərin təhlükəsizliyinin təminatını təşkil edir. Mən rusları sülhməramlı kimi qəbul etməmişəm, etmirəm. 250 ildən artıq bir dövrdə tarix Rusiyanın hər cür işğalçılıq niyyətlərini görüb”.//demokrat.az


Oxunub: 441

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər