Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Cavanşir Mənzurəyə əsəbləşdi: “Utanmırsan, onun ailəsində niyə söz-söhbət yaradırsan?“

15-07-2021, 11:56

Cavanşir Mənzurəyə əsəbləşdi: “Utanmırsan, onun ailəsində niyə söz-söhbət yaradırsan?“


DogruXeber.az: - Əməkdar artist Cavanşir Məmmədovla müğənni Mənzurə Musayeva arasında dava düşüb.

Buna səbəb Mənzurənin dediyi "Duet ortaqları sevgili olur, eşq yaşayır" sözləri olub. C.Məmmədov "Xəbər-ətər" proqramında Mənzurənin ünvanına sərt sözlər deyərək, ona xəbərdarlıq edib:

"Öz gözlərində tir görməyən başqa gözlərdə mil axtarırlar. Prodüser, sponsor, menecer sevgilin deyil? Adam danışanda qadın olduğunu düşünməlidir. Biz açıb tökmərik çay nəyin üstündən axır. Elə danış ki, quyuya özün düşə bilərsən. Durub deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Onun ailəsində niyə söz söhbət yaradırsan? Utanmırsan? Uşaqsan? Adama bir dəfə, iki dəfə deyərlər. Kimsə sənin haqda bildiyini danışsa, yaxşı olar? Bir dəfə sənə xəbərdarlıq etmişəm ki, danışığına fikir ver. Qayıtdın ki, sizdən danışmıram. Lap məni demirsən, nə haqqın var? Biz çox şeylərin şahidi olmuşuq".

Mənzurə isə C.Məmmədova "Kim ona deyir öz üzərinə götür. İşi bilənlər bilir. Ağ kağızam, ləkə götürmərəm. Mənim haqqımda heç kim heç nə deyə bilməz. Cavanşir uşaq deyil, hər şeyi qəşəng bilir. Olanları demək eyib deyil. Sən niyə özünə götürürsən ki? Mən demişəm 80 faiz sevgilidir. Sən qal 20 faizin içində" cavabını verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram