Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Xaş-xaş-2021” davam edir: Abdulrəhim Axundov saxlanıldı

16-07-2021, 10:07

“Xaş-xaş-2021” davam edir: Abdulrəhim Axundov saxlanıldı


DogruXeber.az: - Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Abdulrəhim Axundov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan təmiz çəkisi 14 kiloqram 775 qram qurudulmuş marixuana, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş yaş vəziyyətdə çəkisi 19 kiloqrama yaxın olan 27 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.//yenisabah.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram