Birgə Monitorinq Mərkəzindəki türk hərbçilər niyə susur? - “Mütləq reaksiya verilməli idi...”


DogruXeber.az: - "Atəşkəsin pozulması uzun müddət davam etmir, 10-15 dəqiqə çəkir. Həmin anı tutmaq, fiksə etmək məsələsində Monitorinq Mərkəzinin problemləri ola bilər”.

Bu sözləri son günlər ermənilərin dəfələrlə Şuşa və Ağdam istiqamətində atəşkəsi pozmasına rəğmən, elə Ağdamın özündə fəaliyyət göstərən Rusiya - Türkiyə Birgə Monitorinq Mərkəzinin məsələyə hər hansı reaksiya bildirməməsinin səbəblərindən danışarkən, politoloq Qabil Hüseynli deyib.

Həmsöhbətimiz hesab edir ki, baş verən insidentlərlə bağlı mərkəzin əlində audiomateriallar olmadığından qurum olayla bağlı hər hansı bir reaksiya nümayiş etdirmir:

"Ermənilərin son həyasızlığı Fransa və Rusiyanın himayəsilə həyata keçirilib. Birgə Monitorinq Mərkəzində Türkiyədən olan hərbçilər sadəcə sırf vizual müşahidələrlə məşğuldur. Bildiyimə görə, Qarabağda baş verən ayrı-ayrı insidentlərə isə Monitorinq Mərkəzindəki ruslar baxır, onlar cavabdehdirlər. Toqquşmalarla bağlı mərkəzdə yəqin ki, audiomateriallar olmayıb.

Bu materialları qurum pilotsuz uçan aparatlar vasitəsilə əldə edir. Hesab edirəm ki, son insidentləri məhz qeydə ala bilmədiklərindən, əllərində audiomateriallar olmaması səbəbindən mərkəz atəşkəsin pozulmasına belə susqunluq nümayiş etdirir. Rusiya ilə danışıqlar olub ki, Laçın koridoruna rus sülhməramlıları ilə birlikdə Türkiyədən olan patrul dəstələri də nəzarət etməli idilər. Amma Moskva buna imkan vermədi. Baş verən hadisələrlə bağlı məlumat toplamışdılarsa, mərkəz mütləq reaksiya verməli idi. Bu mənada nədən reaksiya vermədiklərini yozmaqda çətinlik çəkirəm”.//sfera.az


Oxunub: 325

Son xəbərlər

Zelenski səfərbərlik haqqında qanunu imzaladı

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

Beyləqanda baş həkimin etirafı: Tikilən biznes obyekti qanunsuz deyil...

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

"Medeks Hospital"da bu həkimlər sertifikasiyadan keçməyib - Külli miqdarda cərimə

Ən çox balı onlar topladı - SİYAHI

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu ölkə İrana gedən vətəndaşlarına xəbərdarlıq etdi

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

İran XİN: İsrail hücuma cəhd edərsə, dərhal cavab verəcəyik

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

Dünyada ilk pandemiya 15 milyon il davam edib

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb

Bütün xəbərlər