Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qazın qiymətinin bahalaşması doğru qərar ola bilməz - ETİRAZ

Qazın qiymətinin bahalaşması doğru qərar ola bilməz - ETİRAZ
17-07-2021, 14:52 37 dəfə baxılıb

Qazın qiymətinin bahalaşması doğru qərar ola bilməz - ETİRAZ


DogruXeber.az: - Qazın bahalaşmasının yay ayına təsadüf etməsi proqnozunu mən fevral ayında qeyd etmişdim. Hazırda yay ayıdır və qazın bahalaşması əhalinin büdcəsinə hələ ki, tam formada təsir etməyib".

Bu fikirləri iqtisadçı-ekspert Rauf Qarayev deyib. O qeyd edib ki, bir vaxtlar Milli Məclisdə məsələ qaldırılmışdı ki, qazın baha olması əhalinin yaşayış rifahına mənfi təsir edir:

"Həmçinin qeyd olunmuşdu ki, qiymətin bahalığı kənd əhalisini məcbur edir ki, meşələrdən odun gətirsinlər. Bu isə bilirsiniz ki, meşə təsərrüfatına çox ciddi ziyan vurur. Məhz buna əsasən limit tətbiq olundu ki, əhali limit çərçivəsində hərəkət etsin.

Düzdür, müəyyən kateqoriya əhalinin gəlirləri ötən ilə nisbətən artıb, amma ümumi götürsək, əhali üçün qış ayları ağır keçəcək. Bu səbəbdən yuxarıda qeyd etdiyim kimi, əhali artıq indidən öz tələbatını ödəmək üçün odun axtarışına çıxıb.

Rayonlarda insanlar var ki, qapı-qapı gəzib odun axtarırlar. Bundan əlavə, qeyd edim ki, qışda elektrik enerjisinə tələbat arta bilər. Çünki qazın yükü enerji üzərinə keçəcək.

Bu da müəyyən vaxtlarda xətlərin tez sıradan çıxmasına gətirib çıxaracaq. Bildiyiniz kimi, bunun da iqtisadi ağırlıq yükü olması halı var. Hazırkı dönəmdə virus problemi səbəbindən bir çox işlər məsafədən idarə olunur. Yüklənmə səbəbindən rayonlarda işıqlar tez-tez sönə və ya sıradan çıxa bilər. Bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Ümid edirəm ki, hökumət ilin sonuna kimi enerjinin qiymətini qaldırmayacaq. Çünki qiymətlərin qalxması əhalinin iqtisadi durumunu pisləşdirməklə yanaşı, əhalinin ciddi narazılığına gətirib çıxara bilər. Bu isə yəqin ki, qiymət siyasəti ilə məşğul olanları bir daha düşünməyə vadar edəcək".

Ekspertin fikrincə, qiymət siyasətini tənzimləyənlər ən azı bu addımın atılması prinsipindən uzaq olmalı idilər:

"Yəni müharibədən və pandemiyadan çıxmış əhaliyə möhlət verilməli idi ki, özünə gəlsin. Bundan sonra, hissə-hissə bu məsələyə baxılmalı idi. Əvvəlcə həmin vaxta olan durum tam təhlil edilməli və daha sonra bu kimi müvafiq addımlar atılmalı idi".//serq.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram