Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Karantinin pozulduğu toyda 5 nəfər cərimələndi

19-07-2021, 11:44

Karantinin pozulduğu toyda 5 nəfər cərimələndi


DogruXeber.az: - Bərdə Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı “Muğan Məkan” və “Samux” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evində keçirilən toy məclisində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclisdə qonaqların sayı normadan artıq olduğu müəyyən edilib. Ev yiyəsi də daxil olmaqla ümumilikdə qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.//axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram