Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qəbələdə insident baş verib: Qəsəbə sakinləri ayağa qalxdı - VİDEO,//FOTO

Qəbələdə insident baş verib: Qəsəbə sakinləri ayağa qalxdı - VİDEO,//FOTO
19-07-2021, 17:18 497 dəfə baxılıb

Qəbələdə insident baş verib: Qəsəbə sakinləri ayağa qalxdı - VİDEO,//FOTO

DogruXeber.az xəbər verir ki, ötən gün Qəbələ rayonunun Vəndam qəsəbəsində sakinlər arasından münaqişə olub.

Belə ki, redaksiyamıza məlumat verən qəsəbə sakininin bildirdiyinə görə, əslən Qubadlı rayonundan olan iş adamı qəsəbə sakinlərindən birinə əl qaldırıb və qulağını dişləyərək yaralayıb. Hələ bu da azmış kimi "var-yox söyüşü" ilə onu təhqir edib.

Qəsəbə sakini cavabında:
- "Mənim nəslimdə elə oğullar var ki, sən onların atılan dırnağı belə deyilsən. Mənim nəslimdə şəhidlər, qazilər var." - dedikdə isə Cabir Rüstəmov adlı şəxs "qazilərin də..... Şəhidlərin də......." - deyərək, nalayiq ifadələr ilə onları təhqir edib.

Buna etiraz olaraq bu gün qəsəbə sakinləri sözügedən şəxsin qapısının önündə toplaşıblar.

Qəsəbə sakinləri bildirir ki, şəhidlərimizi, qazilərimizi təhqir edən şəxs əslən Qubadlı rayonundandır.
Adı Cabir, soyadı Rüstəmovdur. "Azərsu" ASC-də həmkarlar ittifaqının sədri vəzifəsində çalışır.

Qəbələdə insident baş verib: Qəsəbə sakinləri ayağa qalxdı - VİDEO,//FOTO

Qəbələdə, Vəndam qəsəbəsində tikdirdiyi villasında yalnız yay aylarında istirahət edir. Daimi yaşayış yeri deyil. Sözügedən şəxsin Fərhad Rüstəmov adlı qardaşının da dövlət işində işlədiyi vurğulanır.



Videogörüntülərdə də gördüyünüz kimi həyətində 3 avtomobil görünür. Lakin, hadisə yerinə toplaşan qəsəbə sakinləri villanın həyətində 5 avtomobil olduğunu bildirir. Hətta, şahidlərin sözlərinə görə Cabir Rüstəmov yerli sakini təhqir edərkən, qışqıraraq "Mən prezident aparatında işləyirəm. Hamınızı silərəm". - deyə təhdid də edib.

Sakinlər onu da qeyd edir ki, "Rüstəmov Cabirin qardaşının oğlu hərbi məktəbi bitirən kimi Türkiyəyə göndəriblər ki, müharibəyə getməsin."

Təbii ki, öz övladlarını hərbi xidmətdən yayındıran məmur şəhidin, qazinin nə dəyərini biləcək, nə də onların bu vətən üçün nələr yaşadıqlarını.

Yeri gəlmişkən hadisə yerinə polis əməkdaşları gəldikdən sonra təhqir edən tərəf sərxoş olduğunu, bilməyərəkdən o ifadələri işlətdiyini bildirib və sakinlərdən üzr istəyib.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Qəbələdə insident baş verib: Qəsəbə sakinləri ayağa qalxdı - VİDEO,//FOTO
Qəbələdə insident baş verib: Qəsəbə sakinləri ayağa qalxdı - VİDEO,//FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram