Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İnam Kərimovun şübhəli TENDER ORTAĞI - FAKT

20-07-2021, 12:32

İnam Kərimovun şübhəli TENDER ORTAĞI - FAKT

DogruXeber.az: - Kənd Təsərrüfatı Nazirliyi "yaş baramanın qurudulması məntəqələrinin stellaj və jalüz tipli pərdələrlə təchizatı" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, məbləği 1.349.840.94 manat təşkil edir. Ancaq müəmmalı məqam budur ki, dövlət portalında satınalmanın kotirovka üsulu ilə keçirildiyi qeyd edilib.

Satınalmanın qalibi "Elıtra Desıgn" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

İnam Kərimovun şübhəli TENDER ORTAĞI - FAKT


"Elıtra Desıgn" MMC 2020-ci ilin yanvar ayının 13-də təsis edilib.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Kazımzadə 27, ev 7, qanuni təmsilçisi isə İsmayılzadə Məhəmməd Rafiq oğludur.

"Elıtra Desıgn" MMC fəaliyyət profili barədə məlumat yoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin sifarişçi olduğu satınalmada qalib elan edilən "Elıtra Desıgn" MMC-nin hazırda dövlətə 8.899 manat borcu var.

İnam Kərimovun şübhəli TENDER ORTAĞI - FAKT


"Dövlət Satınalmaları haqqında" qanunda isə iddiaçı qismində iştirak edən təşkilatların sifarişçi müəssisələrin tender komissiyalarına vergi borclarının olmaması barədə Dövlət Vergi Xidmətindən alınan arayışı təqdim etmələri tələb edilir.

Belə olan halda isə Kənd Təsərrüfatı Nazirliyinin sözügedən satınalma üzrə formalaşdırdığı tender komissiyasına "Elıtra Desıgn" MMC-nin vergi borcu olmaması barədə saxta arayış vermələri, ya da nazirliyin satınalma komissiyasının şirkətin külli miqdarda vergi borcu olmasına göz yumduğu qənaəti yaranır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram