Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Zəngəzurla bağlı hədəfimizin konturları artıq çəkilib - GƏLİŞMƏ

Zəngəzurla bağlı hədəfimizin konturları artıq çəkilib - GƏLİŞMƏ
20-07-2021, 14:04 80 dəfə baxılıb

Zəngəzurla bağlı hədəfimizin konturları artıq çəkilib - GƏLİŞMƏ

DogruXeber.az: - "Əslində bu, ölkə başçısının Rusiyaya rəsmi səfəri deyil. Ona görə də, zənnimcə, heç bir rəsmi müqavilə və ya saziş bağlanmayacaq, birgə bəyanat səsləndirilməyəcək”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Prezident İlham Əliyevin Moskvaya səfərini şərh edərkən bildirib.

O qeyd edib ki, avropalı emissarların regiona səfəri və Ərdoğanın Azərbaycan müjdəsi ilə Şimali Kiprə yollanması rəsmi Moskvanı, ermənilərin Naxçıvanı, Şuşanı atəşə tutması, həmçinin sülhməramlıların əndazələrini aşması isə rəsmi Bakını narahat etməyə başlayır:

“Bu kontekstdə müzakirələrin aparılması – “saatların tutuşdurulması” üçün Əliyev Moskvaya gedəcək.

Düzünü desək, İkinci Dünya və 90-cı illərdəki Balkan savaşlarından sonra olduğu kimi, bizim Vətən müharibəsindən sonra da regionda marağı olan, təsir imkanları böyük olan ölkələr, yəni Rusiya, ABŞ, Fransa və daha bir neçə Avropa ölkəsi pay almağın peşindədir”.

Anar Əsədli bildirib ki, əslində 44 günlük Vətən müharibəsi ilə müzəffər ordumuz çox böyük ölçüdə Qarabağ məsələsinin taleyini müəyyənləşdirdi. “Şuşa bəyannaməsi” isə bölgədə güclər nisbətinin tablosu oldu:

“Ölkə başçısının məlum fərmanı ilə Şərqi Zəngəzurun indiki iqtisadi, Qərbi Zəngəzura isə gələcək hədəfimizin konturları artıq çəkilib. Sadəcə erməni əsilli Rusiya xarici işlər nazirinin təqaüdə çıxmağa hazırlaşması Ermənistan və Rusiya siyasi dairələrini canfəşanlığa vadar edir.

Yəni Qarabağdakı erməni azlığın, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gələcək taleyinin yol xəritəsi Lavrovun qovluğunda olduğundan Rusiya diplomatiyasının müasir “xaç atası” sayılan Kələntərov-Lavrovun yol xəritəsindən ermənilər üçün maksimum yararlanmaq cəhdləri sezilir.

Əminəm ki, nə Mişelin milyard avroluq ianəsi, nə Makronun pafoslu bəyanatları, nə Baydenin yağlı vədləri, nə də 29 il əvvəl respublikamızdan çıxarılan, indi isə hiyləgər imperialist ssenari ilə bölgəyə soxulan, ana məramları bölgəmizdə varlığını uzatmaq olan rus hərbçiləri ermənilərə öz xəyallarını gerçəkləşdirməyə kömək edəcək.

Sərhədlərimizi mətinliklə qoruyan ordumuzun var olduğunu unutmayaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram