Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Köçəryanın deputat mandatından imtinası nəyi dəyişəcək?

Köçəryanın deputat mandatından imtinası nəyi dəyişəcək?
20-07-2021, 14:41 84 dəfə baxılıb

Köçəryanın deputat mandatından imtinası nəyi dəyişəcək?

DogruXeber.az: - Köçəryanın deputat mandatından imtinası nəyi dəyişəcək?
"Köçəryanın bu addımı nə ona hansısa divident gətirəcək, nə də Paşinyan hakimiyyətinə maneəçilik yaradacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın deputat mandatından imtina etməsinin mümkün nəticələrini şərh edərkən politoloq Əlimusa İbrahimov deyib:

"Köçəryanın mandatdan imtinası onun reytinqinə mənfi təsir göstərəcək. Çünki onun bu addımı mövcud qarşıdurmanı gücləndirməyə hesablanmış təxribat xarakterli hərəkətdir. Bu addımı ilə o tək özünün deyil, parlamentdə təmsil olunan deputat blokuna və "Qarabağ klanı”na mənfi münasibətin daha da artmasına rəvac verəcək”.

Həmsöhbətimiz xatırladıb ki, Koçaryan mandatdan imtina etsə də rəhbərlik etdiyi blok parlamentdə qalır:

"Koçaryan sıravi deputat olmağı özünə sıxışdırmadığından belə addım atıb. Çünki sıravi deputat olmaq, həm də Paşinyanın hakimiyyətini qəbul etmək demək idi. Bununla o, eyni zamanda Paşinyana qarşı mübarizəsini davam etdirəcəyi mesajını verdi. Bildiyiniz kimi, Rusiyanın təzyiqi nəticəsində Paşinyan onu həbsdə saxlaya bilmədi. Düzdür, Koçaryanın hələlik qarşıda hansı addımlar atmaqla bağlı konkret proqramı yoxdur. Mübarizəsini müxalifətçi kimi davam etdirəcək, kənardan parlamentdəki blokunu idarə edəcək. Özü də Koçaryan mandatdan komandası hakimiyyətdə yetərincə təmsil olunmadığı tam aydınlaşandan sonra imtina edib. Rusiyanın təzyiqilə mühüm "rıçaq”lara sahib ola biləcəyini gözləyirdi. Amma bu baş vermədiyindən mandatdan imtina etdi. Koçaryan uduzmuş fiqurdur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram