Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qarabağın azadlığı qiymətləri ucuzlaşdıracaq - Rəqabət yaranır

Qarabağın azadlığı qiymətləri ucuzlaşdıracaq - Rəqabət yaranır
20-07-2021, 15:30 117 dəfə baxılıb

Qarabağın azadlığı qiymətləri ucuzlaşdıracaq - Rəqabət yaranır

DogruXeber.az: - Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olub.

İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib.

İclasda həmçinin Dövlət Turizm Agentliyinin nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə turizm və rekreasiya zonalarının və potensial turizm dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi məqsədilə texniki şərtlər toplusunun hazırlanması haqqında məlumat verib.

Məlumdur ki, hazırda Azərbaycanda turizm cox bahalıdır və bu da bir faktdır ki, istirahət qonşu ölkələrdən, Türkiyə və ya Gürcüstandan olduqca baha basa gəlir. Hazırda bunu pandemiya ilə əlaqələndirsələr də, əslində əvvəllər də belə olub. Buna görə də bir çoxları ölkə daxilində yox, qonşu ölkələrdə istirahətə üstünlük verib.

Qarabagda turizmin inkişaf etdirilməsi bu sektorda hansısa dəyişikliklərə gətirib çıxara bilərmi və yaxud digər bölgələrdə qiymətlərin ucuzlaşmasına imkan yaradacaqmı?

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov Cebhe.info-ya bildirib ki, Qarabağda turizmi inkişaf etdirməklə rəqabət mütləq güclənəcək:

"Belə ki, Qarabağ zonasında yeni otellərin, restoranların, əyləncə mərkəzlərinin inşası, ekskursiya bələdçilərinin, kadrların hazırlanması istiqamətində işlər gedəcək. Əminəm ki, burada turizm üzrə təhsil ocaqları da fəaliyyət göstərəcək.

Bununla da Azərbaycanın digər regionlarında rəqabətə əsasən qiymət ucuzlaşacaq. Çünki başqa yolu yoxdur. Bundan başqa bizim gənc nəsil Qarabağı görməyib, tələbələr, hətta təqaüdçülər və digər vətəndaşlar də bu zonaya üz tutacaqlar, nəticədə isə digər bölgələrlə rəqabət daha da güclənəcək.

Bizdə turizm üzrə əsasən üç regiondur: Şimal-Şərq, Quba-Xaşmaz zonası, Şimal-Qərb, Qəbələ-Şamaxı-Şəki zonası, bir də Cənub-Lerik-Astara-Lənkəran-Masallı zonası. Yeni və böyük turizm potensialına malik olan Qarabağda turizmin fəaliyyəti mütləq rəqabətə gətirib çıxaracaq ki, bu da qiymətlərə öz təsirini göstərəcək. Bunun nəticəsində istər-istəməz digər regionlara turist cəlb etmək üçün qiymət siyasətinə və xidmət səviyyəsinə yenidən baxılacaq".

Mütəxəssisin fikrincə, Qarabağda turizmin müxtəlif növlərini inkişaf etdirmək üçün bütün şərait var:

"Məsələn, sağlamlıq turizmi ilə bağlı "İstisu", "Turşsu" mineral mənbələrindən istifadə etmək üçün yaxşı reklam lazımdır. Həmçinin, qışda Kəlbəcərdə, Qubadlıda və digər regionlarda dağ turizmini inkişaf etdirmək olar. Bundan başqa mədəni-tarixi abidələrlə tanış olmaq üçün turistləri cəlb etmək mümkündür. Qarabağda atçılıq turizmini inkişaf etdirmək olar. Bu gün Qarabağ atlarının şöhrəti bütün Avropaya yayılıb. Eləcə də tələbələr və gənclər üçün çadır turizmini inkişaf etdirmək olar.

Bundan başqa, kənd-yaşıl turizminə Avropa turistləri daha çox üstünlük verirlər və cəlbedicidir. Xüsusilə İtaliya, Sloveniya, Mərkəzi Avropanın digər ölkələri məhz kənd-yaşıl turizmini inkişaf etdirirlər. Eyni zamanda, yeni turizm növü olan ekoturizmi də inkişaf etdirmək olar. Qarabağın füsunkar təbiətindən səmərəli istifadə edərək ekootellər inşa etdirmək lazımdır. Bu turizm növünü inkişaf etdirməklə xarici turistləri Qarabağa cəlb etmək mümkündür və lazımdır".

M.Ağakərimov deyib ki, 1990-cı illərdən başlayaraq xaricdən sahibkarlar, özəl strukturlar və digər qurumlar guya mütəxəssislər cəlb edirlər:

"Ancaq ortada hələ də heç nə yoxdur. Bizim yaxşı mütəxəssislərimiz var və onlara diqqət, qayğı lazımdır. Eyni zamanda, maddi dəstək lazımdır, xaricdən dəvət edilənlərə xeyli pul verilir, ancaq bizim mütəxəssislərə verilmir. Bizim ofisiantlar, barmenlər, inzibatçılar, ekskursiya bələdçiləri hazırlayan mütəxəssislərimiz var ki, onların potensialından istifadə etmək lazımdır. Bizdə turizmdə idarəçilik menecmenti zəifdir. Daxili imkanlarımız var, ancaq bir zəif nöqtə də var ki, lazım olan yerdə mütəxəssisləri cəlb edə bilmirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram