Tükənməz dediyimiz təbii sərvət olan qum da sürətlə tükənir – Qlobal tikinti sektorunu nə gözləyir?

DogruXeber.az: - Dünyada hər zaman fəaliyyətdə olan bir sahə var ki, bu da inşaat sektorudur.

Lakin bu sahənin fəaliyyəti tələb olunan materialların da davamlı olaraq istehsalını tələb edir. Hazırda isə bu sahədə ən çox tələb olunan materallardan birinin, qumun tükəndiyi bildirilir.

Bu gün dünyada qum qıtlığı varmı və sual ilk dəfə dinləyənə çox qəribə gələ bilər.

Cebhe.info xəbər verir ki, yaxın müddətdə dünya inşaat sektoru belə bir problemlə üzləşə bilər. Bu gün dünyada kifayət qədər qumlu çimərliklər və geniş çöllər var. Ancaq qum inşaat və istehsal sektorlarında xammal kimi çox miqdarda istifadə olunur.

Təkcə inşaat sənayesi hər il dünyada 40 ilə 50 milyard ton arasında qum istehlak edir. Bu istehlakın böyük hissəsi sementə sərf olunur. Çünki sementin xammalının təxminən dörddə biri qumdur. Ancaq maraqlı məqam odur ki, səhra və ya çimərliklərdəki qum bu iş üçün uyğun deyil.

Səhra qumu çox yumşaqdır, çimərlik qumu isə çox duz ehtiva edir. Bu, qumun böyük bir hissəsinin axın yataqlarından çıxarılması deməkdir. Lakin bu, ətraf mühitə böyük ziyan vuran bir metod olduğundan bir çox ölkədə qadağan edilib. Hindistan, Kamboca və Vyetnam bununla bağlı son illərdə qadağa tətbiq edən ölkələr arasındadır.

Nəticə etibarilə dünyanın ən böyük inşaat sənayesinə sahib olan və inşaat bumu yaşanan Çin və Hindistan kimi ölkələrdə tədarük problemi var. Hindistanda qum çatışmazlığı, qum mafiyası olaraq bilinən cinayətkar şəbəkələr tərəfindən qanunsuz qum çıxarmağa davam edilir. Bu dəstələr yalnız qanunsuz qum çıxarmaq və satmaqla kifayətlənmir, onlarla cinayətin arxasında dayandıqlarını da düşünürlər. Buna bir nümunə kimi 2015-ci ildə araşdırmaçı jurnalist Jagendra Singhin öldürülməsi idi.

Qum qıtlığının səbəbi nədir?

ABŞ-ın Syracuse Universitetinin ətraf mühit mühəndisliyi üzrə professoru Shobha Bhatia deyib:

"İnsanlar qum çatışmazlığı ola biləcəyini bilmirlər. Problem inşaatdır. Şəhər və qəsəbələri görünməmiş bir sürətlə inşa edirik. Ancaq bir çoxumuz qumun smartfonlarda, televiziya ekranlarında, günəş panellərində və digər elektronikada istifadə olunduğunun da fərqində deyilik".

Quma ehtiyacını azaltmaq üçün kiçik, lakin böyüməkdə olan bir qrup tədqiqatçı texnologiya və yaradıcılıqdan istifadə edərək seçimlər etməyə çalışır. Bunlardan biri kimi İngiltərədəki Cambridge Universitetindən Dr John Orrun apardığı araşdırma nəticəsində plastik tullantıların çeşidlənməsi, təmizlənməsi, xırda hissələrə bölünməsi və əzilməsi zamanı sementə qarışdırılan, quma alternativ bir materiala çevrilə biləcəyini ortaya çıxarıb. Orr, bunun, xüsusilə də qumun qiymətinin artdığı və hər gün 15.000 ton plastik tullantı istehsal edən Hindistanın problemlərinə bir həll gətirə biləcəyini araşdırıb.

O, "Sement emal edərkən istifadə edilən qumun 10 faizinin əvəzinə plastik tullantıdan yararlana biləcəyini kəşf etdik. Üstəlik, bu, ömür baxımından eyni nəticəni verir. Qumdan fərqli olaraq plastik sementə yapışmadığı üçün qumun sadəcə 10 faizini plastiklə dəyişdirmək olur. Ancaq yenə də sizə çox miqdarda quma qənaət edir və bu yolla hazırda Hindistan küçələrini dolduran nəhəng plastik tullantıların bir hissəsindən də xilas olursunuz.

Maliyyə baxımından da plastiklərdən istifadə ümumiyyətlə, daha ucuzdur. Xüsusilə, qum bu qədər bahalıdır və tapmaq daha çətindir. İngiltərə kimi ölkələr üçün bu problem olmaya bilər. Biz burada çox bina tikmirik. Ancaq inşaat bumu yaşayan ölkələrdə sementə plastik əlavə edilə bilər". Hesablamaya görə, Hindistan sement istehsal edərkən bütün ölkədə qumun 10 faizi əvəzinə plastik tullantılardan istifadə edərsə, ildə 820 ton az quma ehtiyac ola bilər. Qumu əvəz edə biləcək digər tullantı materialları - köhnə avtomobil təkərləri və ya torpaq şüşələri kimi tədqiqatlar da var.

Bütün bu kəşflərə baxmayaraq, Dr Orr və digər mütəxəssislər bunların tamamilə həll yolu olduğunu demirlər. Bunun əvəzinə daha uzunmüddətli bir həll yolu olaraq tikinti dizaynlarını dəyişdirməyi təklif edirlər. Orr deyib ki, "Binalar tez-tez həddindən artıq dizayn” olur. Çox sement istifadə olunur. Bu, daha böyük bir problemdir və İngiltərədə də belədir. Dizayndakı dəyişikliklərlə sementə 30-50 qənaət edilə bilər".

Mövcud problemlə bağlı fikir bildirən digər şəxs isə "Qumun Sivilizasiyanı necə çevirdiyinin hekayəsi" kitabının müəllifi Vince Beiserdir. İnşaat dizaynı və istehsal sektorunda bir çox ümidverici inkişaf olduğunu söyləyən Beiser, "amma vəziyyəti həqiqətən dəyişdirəcək böyük dəyişikliklər yoxdur. Nəticədə, bütün bunlar üçün dünya miqyasında quma olan tələbi əhəmiyyətli dərəcədə azaltmaq üçün fərdlərin, milli hökumətlərin və beynəlxalq qurumların kollektiv səylərinin lazımdır" -deyib.

Nümunə olaraq, Beiser, yollardakı avtomobillərin sayının ictimai nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəticəsində 10 faiz azalmanın olacağını deyir:

"Bu o deməkdir ki, yeni evlərin 10 faizinin qarajlar olmadan tikilməsi deməkdir və ev başına yüzlərlə ton quma qənaət etməklə inşa edilə bilər".

Ancaq Beiser vurğulayır ki, quma olan tələbin azaldılması, ümumilikdə təbii ehtiyatların həddindən artıq istismarını azaltmaq səylərinin bir hissəsi olmalıdır:

"Qum həqiqətən çox daha böyük bir problemin əlamətidir. Biz yalnız daha çox qumu deyil, hər şeydən çox istifadə edirik. Planetin ehtiyatlarını davamlı olmayan dərəcədə tükəndiririk. Həqiqi problemə diqqət yetirməliyik - bu qaynaqların istismarı, daha sonra qum, iqlim dəyişikliyi, tıxaclar haqqında nə edə biləcəyimizi soruşmalıyıq. Bu problemlərin çoxu bir-birinə bağlıdır, bu səbəbdən onların həlli yolu da əlaqəlidir".


Oxunub: 536

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

Rusiya ordusu müharibə başlayandan bəri rekord sayda fərariliklə üzləşir - Kəşfiyyat

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu

"Simonyan bütün qırmızı xətləri keçib" - Rusiya Federal Şurası

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Yamayka Fələstini dövlət olaraq tanıyıb

Bu ölkə əcnəbiləri də səfərbər edəcək

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

AMEA-da yeni şöbələr yaradıldı — Kadr təyinatları oldu

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bu şadlıq sarayları cərimə edildi

Bütün xəbərlər