Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Əliyevlə Putinin görüşündən gözləntilər - GƏLİŞMƏ

Əliyevlə Putinin görüşündən gözləntilər - GƏLİŞMƏ
20-07-2021, 16:56 132 dəfə baxılıb

Əliyevlə Putinin görüşündən gözləntilər - GƏLİŞMƏ

DogruXeber.az: - Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı, iyulun 20-də Moskvaya rəsmi səfərə gedir, burada o, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Bu ərəfədə Kremldə danışıqların iki əsas istiqamətini açıqlayıblar – Qarabağ üzrə razılaşmaların gerçəkləşdirilməsi və Rusiya-Azərbaycan münasibətləri.

İki ölkə liderləri nədən danışacaqlar
Birinci halda əsas diqqət iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə yönəldiləcək. İkinci halda – liderlər Rusiya-Azərbaycan strateji partnyorluğunun bundan sonrakı möhkəmləndirilməsi, ticari-investisiya və humanitar əməkdaşlığa diqqət ayrılması məsələlərini nəzərdən keçirəcəklər.

Sputnik Azərbaycan rusiyalı iqtisadi analitik Aleksandr Razuvayevin iki liderin görüşündən gözləntilər barədə rəyini öyrənib.

Cənubi Qafqaz Rusiya üçün ən prioritet regionlardandır, Razuvayev hesab edir. Bununla bağlı danışıqlarda, çox güman ki, Rusiyanın müharibədən sonrakı proseslərdə - sərhədlərin delimitasiyasında, Qarabağ regionunda və İran, Azərbaycan və Rusiya üçün vahid klaster olacaq logistika dəhlizinin yerləşəcəyi rayonlarda sülh quruculuğunda - Azərbaycana dəstək göstərməsindən söhbət gedə bilər.

Günün ən vacib mövzusu
Əsas iqtisadi məsələ - nəqliyyat dəhlizlərinin açılması və Zəngəzur nəqliyyat dəhlizinin işə salınmasıdır, analitik hesab edir.

Həmçinin, Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, prezidentlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına Rusiyanın köməyi, bu işdə rusiyalı biznesmenlərin iştirakını da müzakirə edə bilərlər.

“Azərbaycanın investisiyalara ehtiyacı var, ancaq Qərbin sanksiyaları fonunda Rusiya biznesinin əl-qolu beynəlxalq ekspansiyada bağlanır”, - o qeyd edib.

Enerji resursları bazarında optimizm işartıları
Razuvayev əmindir ki, digər məsələlərlə yanaşı, neft bazarındakı durum da müzakirə ediləcək. Onun sözlərinə görə, neft qiymətləri hər iki ölkənin büdcəsinə və makroiqtisadiyyata böyük təsir göstərir. Dünyada yeni xammal dövrü başlayıb və “qara qızıl”la bağlı proqnozlar optimist görünür.

Ümumilikdə, analitik deyir ki, bu görüşü “saatların dəqiqləşdirilməsi” adlandırmaq olar: bu, Moskva və Bakının dost və partnyor münasibətlərinin növbəti dəfə vurğulanması olacaq.

“Dünyada gerçək suveren dövlətlərin sayı elə də çox deyil, Azərbaycan və Rusiya birmənalı olaraq onların sırasına daxildir”, - Sputnik Azərbaycan-ın həmsöhbəti yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram