Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şair Alxasovun CƏDDİ... - Adam NƏYƏ GÜVƏNİR BELƏ?..

Şair Alxasovun CƏDDİ... - Adam NƏYƏ GÜVƏNİR BELƏ?..
20-07-2021, 17:00 95 dəfə baxılıb

Şair Alxasovun CƏDDİ... - Adam NƏYƏ GÜVƏNİR BELƏ?..

DogruXeber.az: - Hələ keçən günlərdə yaydığımız informasiyada qeyd olunurdu ki, Qusar sakinləri yerli rayon icra hakimiyyətinin başçısı Şair Alxasovdan şikayət etməklə yanaşı, onunla bağlı hansısa tədbirin görüləcəyinə ümid etmədiklərini də ifadə etmişdilər.
DİA.AZ-a vətəndaşlar adından daxil olan yeni müraciətdədə eyni məqama toxunulur.

Sakinlər dia.az-a yazırlar: "Şair Alxasov bu gün Qusar sakinlərinə qənim kəsilib. Bu faktdır. Həm də o faktdır ki, Alxasovdan edilən hansısa şikayət ya ünvanına çatmır, ya da rəsmən qulaqardına vurulur.

Ona görə də Şair Alxasov bu gün Qusarda özünü hakimi-mütləq hesab edir".

Sakinlər dia.az-a yazırlar ki, Şair Alxasovla bağlı etdikləri şikayətinin nəticəsi olmur. Qeyd edək ki, keçənlərdə də edilən müraciətlərdə bildirilirdi ki, Şair Alxasovun dövlət qarşısında hansısa xidmətinin olması səbəbindən onunla bağlı sərt tədbirlərin görülməsi gözlənilən deyil.

Xatırladaq ki, bu xidmətin nədən ibarət olduğunu müəyyən edə bilməsək də Alxasovun hələ 2018-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğunu bilirik.

DİA.AZ-a yazan sakinlər saytımız vasitəsilə Prezidentdə müraciət edərək qeyd edirlər ki, Şair Alxasov bu gün Qusar camatını təkcə su ilə sınağa çəkmir (dünən bu barədə məlumat paylaşmışdıq -red.), ümumiyyətlə Qusarda bu gün yaşam uğrunda mübarizə gedir:

"Nə camaatda pul var... nə də pul qazana bilməyə yer. Torpaqlar da Alxasovun yaxınlarının, Bakıdakı məmurların əlindədir... İnbdi kasıb kəndli necə dolanmalıdır?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram