Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"TikTok”da narkotik vasitələri təbliğ edən şəxs həbs edilib

20-07-2021, 19:29 70 dəfə baxılıb

"TikTok”da narkotik vasitələri təbliğ edən şəxs həbs edilib

DogruXeber.az: - Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin Cənub regional qrupundan verilən məlumata görə, onunla profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Həmin şəxsin “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Qeyd edək ki, Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Həmin şəxs məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram