Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Gecələr gizli olaraq müdaxilələr edirlər..." - İTTİHAM

21-07-2021, 11:33 22 dəfə baxılıb

"Gecələr gizli olaraq müdaxilələr edirlər..." - İTTİHAM


""Azəriqaz" smart kartla çalışan sayğaclara gecələr gizli olaraq müdaxilələr edir".

DogruXeber.az Qlobal.az a istinadən xəbər verir ki, bu barədə feysbukda Azərbaycan MEA-nın aparıcı elmi işçisi Şahin Bağırov yazıb:

"Azəriqaz sistemində həyata keçirilən böyük maxinasiyanın sirrini açıram. Bunu mənə Azəriqazda məsul işdə çalışan, adının açıqlanmasını istəməyən bir nəfər söylədi. Məlumatınız olsun ki, smart kartla işləyən sayğaclar ölkədə ləğv olunur və əvəzinə mexaniki sayğaclar qurulur. Gecə radələrində vətəndaşlar üçün istismara verilən smart sayğaclara Azəriqazın yerli əməkdaşları tərəfindən gizli olaraq müdaxilələr edilir və sayğaclar dayanır. Şikayətçi olan abonentə sayğacın istismar müddətinin bitdiyi bildirilir və əvəzlənərək yeni mexaniki sayğaclar quraşdırılır. Köhnə sayğacları təhvil alan laboratoriya məhz müdaxilə olunduğunu əsas gətirərək abonenti 216 manat cərimə edir. Bu, kütləvi hal almaq üzrədir və bu oyunbazlığın tədricən bütün abonentlərin başına gətirilməsi nəzərdə tutulub. Bu "cərimələr" bəzən börc ödənilməsi formasında abonentlərə ödətdirilir. Hüquqi baxımdan sayğaclar yaşayış obyektinin daxilində quraşdırılmalıdır. Çöldə quraşdırıldığı üçün Azəriqazın gecə quldurları asanlıqla müdaxilə edərək smart sayğacların ekranlarını xarab hala sala bilirlər. Bəzi sayğacların klapanları götürülür ki, müdaxilə olunduğu sübut oluna bilsin. Bizim qonşulardan bir neçə nəfər açıq şəkildə qaz sayğacına müdaxilə edən yerli qaz idarəsi əməkdaşlarını qova biliblər. Əgər başınıza bu iş gəlibsə mütləq İctimai Nəzarət Şurasına müraciət edin. Hərçəndi onları da "başa salmaq" problemli məsələdi...".

"Azəriqaz"dan iddialara münasibət bildirilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram