Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycan nəşriyyatı "MİA"-nə verilir?

Azərbaycan nəşriyyatı
21-07-2021, 11:59 95 dəfə baxılıb

Azərbaycan nəşriyyatı "MİA"-nə verilir?


DogruXeber.az xəbər verir ki, Son günlər gəzən şayiələrə görə Azərbaycan nəşriyyatının binası yeni yaradılmış Media İnkişaf Agentliyinə (MİA) verilib.

Doğrudur, gəzən şayiələri təstiq edən heç bir rəsmi məlumata rast gəlmədik. Lakin, taksi şirkətlərindən birinin tətbiq proqramının xəritəsində Azərbaycan nəşriyyatının yerləşdiyi ünvanı "Media İnkişaf Agentliyi" olaraq göstərməsi, bu şaiyələrin doğru olduğunu işarə edir.

Media barəsində yaxın günlərdə qəbul edilmiş qərara əsasən müsabiqə elan edildi və güya müsabiqənin qalibləri seçilib MİA-nin tərkibinə qatıldı. Həmçinin İçtimaiət tərəfindən az tanınan bəzi saytlara Dövlət tərəfindən maliyyə ayrıldı.

Hansı ki, cəmiyyət arasında böyük izləyici auditoriyası olan, hər zaman cəmiyyət arasında olan, cəmiyyətin problemlərini işıqlandıran, dövlətə və dövlətçiliyə zidd davranışları aşkara çıxarıb içtimailəşdirən saytlar isə bu qərardan və seçimdən kənarda qalıb.

Bu isə onu deməyə əsas verir ki, sözügedən qərar və yeni yaradılmış "MİA" kimlərinsə marağına xidmət edir.

Hesab edirik ki, mətbuatla bağlı verilən bu qərarlar bir çox (biz də daxil olmaqla) redaksiyalara qarşı yanlış addımdır. Mətbuatın söz azadlığını əlindən almağa söykənən bir qərardır.

Biz də mətbuatıq. Fəaliyyətimiz hər kəsin gözü önündədir.
DogruXeber.az

Azərbaycan nəşriyyatı "MİA"-nə verilir?






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram