Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi - Video

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi - Video
21-07-2021, 13:27 52 dəfə baxılıb

Deputat Ülvi Quliyev qaziyə köhnəlmiş ət göndərdi - Video


DogruXeber.az: - 15 saylı Yasamal I seçki dairəsindən deputat Ülvi Quliyevin adından Vətən Müharibəsi iştirakçılarına göndərilən Qurbanlıq payı narazılığa səbəb olub.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, deputatın qazilərə göndərdiyi qurbanlıq ət payı köhnə kəsilmiş olub, eyni zamanda ətin rəngi də dəyişib. Namir Hasanlı adında qazimiz də bu “pay”dan alanlar arasındadır: “Bu edilən həqiqətən hörmətsizlikdir, biabrçılıqdır, ayıbdır.

Bu gün heçnə istəmədəyim halda “JEK”-dən zəng etdilər ki, deputat adiyyatı üzrə şəxslərə Qurban payı göndərib, mümkündürsə, gəlin. Belə bir tələbim olmadığı halda Qurban ətidir dedim, getdim götürdüm. Evə gəlib baxıram ki, ət bu halda, kiflənmiş, iylənmiş vəziyyətdədir.

Yaşadığım ünvanda, Yasamal rayonunda onlarla şəhid, qazi ailəsi var. Şəhid ailəsinə və yaxud digər bir ailəyə belə ət layiq görmək nəyə sığır? Heç nə, canları sağolsun! Vətən sağolsun!”//qaynarxett.az

Qazimiz deputatın adından göndərilən ətin videosunu da paylaşıb. Həmin görüntüləri təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram