Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər müəyyən edilib

Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər müəyyən edilib
21-07-2021, 14:43 50 dəfə baxılıb

Ağdama qanunsuz daxil olmaq istəyən şəxslər müəyyən edilib


DogruXeber.az: - Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyulun 20-i saat 16 radələrində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində 3 nəfər Ağcabədi rayon sakini işğaldan azad edilmiş və minalardan təmizlənməmiş Çıraqlı kəndi ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb.
Həmin şəxslər polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.
Həmin şəxslər barəsində inzibati qaydada protokollar tərtib edilərək baxılması üçün Ağdam rayon məhkəməsinə göndərilib.//qanunla.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram