Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

ABŞ-da ərəb agenti qalmaqalı: - Trampın keçmiş müşaviri həbs edildi

ABŞ-da ərəb agenti qalmaqalı: - Trampın keçmiş müşaviri həbs edildi
21-07-2021, 14:54 73 dəfə baxılıb

ABŞ-da ərəb agenti qalmaqalı: - Trampın keçmiş müşaviri həbs edildi


Keçmiş ABŞ prezidenti Donald Trampın müşaviri olmuş Tomas Barrak həbs edilib.

DogruXeber.az Azvision.az xəbər a istinadən verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, Nyu-Yorkda keçirilən məhkəmə zamanı Tomas Barrak və digərlərinə qarşı Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) ABŞ-dakı mənafelərinin qanunsuz lobbiçiliyinə dair iddia irəli sürülübmüş.
Lobbiçiliyin BƏƏ rəsmilərinin göstərişi ilə 2016-cı il prezident seçkilərində o zamankı namizədə təsir etmək məqsədilə həyata keçirildiyi söylənilir. Sənədlərdə 74 yaşlı milyarder Barrak və BƏƏ-nin agentləri kimi təqdim olunan 3 nəfərin 2016-cı ilin aprelindən 2018-ci il aprelinədək müəyyən arzuolunmaz fəaliyyətlərdə adları hallanıb. Barrak eyni zamanda ədalət mühakiməsinə mane olmaq və federal hüquq-mühafizə orqanlarına çoxsaylı yalan ifadələr verməkdə günahlandırılır.

Ümumilikdə təqsirləndirilənlərin BƏƏ-nin maraqlarını təmin etmək üçün çoxsaylı addımlar atdıqları qeyd olunur. Məsələn, 2016-cı ilin may ayında Barrak bir namizədin çıxışına BƏƏ-ni tərifləyən sözlər əlavə edib və ərəb ölkəsi ilə bağlı xüsusi nəşrləri mediada da yayımlayıb.

Prezident seçkilərindən sonra müttəhimlər dəfələrlə BƏƏ rəsmilərinin göstərişi ilə administrasiyanın bu ölkəyə qarşı xarici siyasət mövqelərinə təsir göstərmək üçün tədbirlər görüblər.

Qalmaqallı məhkəmə işi ilə bağlı Nyu Yorkun Şərq bölgəsinin prokuroru Jaklin Kasulis deyib ki, təqsirləndirilənlər prezident seçkiləri ilində vəzifə və təsir vasitələrindən istifadə ediblər. Onlar Ərəb Əmirliklərinin mənafelərini qanunsuz olaraq təbliğ ediblər. "İnsanlar xarici hökumətin bizim dövlətin siyasətinə və ictimai fikrimizə təsir göstərməyə çalışdığını bilməlidirlər”,- Kasulis bildirib.

Onun sözlərinə görə, bu şəxslərin həbsi xarici qüvvələrin əmri ilə hərəkət edənlərə, habelə bu cür fəaliyyətləri ilə bağlı müstəntiqləri aldatmağa çalışanlara nə vaxtsa mühakimə ediləcəklərinə və cəzalandırılacağına dair xəbərdarlıq rolunu oynayır.

Qeyd edək ki, cinayət işi ilə bağlı materiallarda Barrakın 2016-cı ilin aprelindən noyabr ayınadək prezidentliyə namizədin kampaniyasında qeyri-rəsmi məsləhətçi vəzifəsində çalışdığı yazılıb. 2016-cı ilin noyabrından 2017-ci ilin yanvarına qədər isə prezidentin andiçmə komitəsinin sədri vəzifəsini həyata keçirib. O 2017-ci ilin yanvar ayından bəri ABŞ-ın Orta Şərqdəki xarici siyasəti ilə əlaqəli mövzularda hökumət rəsmilərinə qeyri-rəsmi olaraq tövsiyələr verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Telegram Facebook Twitter Youtube Instagram