Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı

22-07-2021, 14:08

Sumqayıtda restoran sahibi barəsində cinayət işi başlanıldı


DogruXeber.az: - Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən şadlıq saraylarında aparılan profilaktik tədbirlər davam etdirilir.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı “Mübariz” və “Bakı” şadlıq saraylarında qanunvericiliyinin tələblərinin pozulduğu məlum olub.

Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən "icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib.Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.

"Xanədan” şadlıq sarayının sahibi, Sumqayıt şəhər 12-ci mikrorayon sakini Əfqan Xasıyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. O. polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.//unikal.org






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram