Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gənclər və İdman Nazirliyi LƏĞV EDİLİR - İDDİA

26-07-2021, 09:18

Gənclər və İdman Nazirliyi LƏĞV EDİLİR - İDDİA

DogruXeber.az: - Yaxın günlərdə Gənclər və İdman Nazirliyi ləğv ediləcək.

Bu barədə Guninfo.az–a hökumətə yaxın mənbələrdən məlumat verilib.

Məlumata görə, nazirlik ləğv edilsə də onun səlahiyyətləri, texniki invertarları yeni yaradılacaq qurumun balansına daxil ediləcək. GİN-nin ləğvindən sonra, onun gənclərlə bağlı səlahiyyətləri Gənclərin İnkişaf və Karyera Mərkəzinə verilməklə yanaşı, eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsasnaməsində dəyişikliklər edilərək “mərkəz” sözü “agentlik” sözü ilə əvəzlənəcək.

Bildirilir ki, idmanla bağlı bölmə nazirliyin ləğvindən sonra Azərbaycan Olimpiya Komitəsinə daxil ediləcək.

Həmçinin nazirliyin ləğvindən sonra GİN-nin yerlərdəki Gənclər və İdman idarələri yerli olimpiya mərkəzlərinin balansına veriləcək.

Qeyd edək ki, Gənclər və İdman naziri Azad Rəhimovun dünyasını dəyişməsindən sonra, nazir postuna bir sıra şəxslərin adları hallandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram