Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakı Dövlət Universitetinə prorektor təyin edilib - FOTO

26-07-2021, 19:33

Bakı Dövlət Universitetinə prorektor təyin edilib - FOTO

DogruXeber.az: - “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, coğrafiya elmləri doktoru, professor Fərda İmanov bundan sonra fəlaiyyətini Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində davam etdirəcək. İyulun 26-da “Sukanal” ETLİ-də tədbir keçirilib. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Fərda İmanovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək, onun “Azərsu” ASC-də səmərəli əmək fəaliyyətinin rəhbərlik tərəfindən qiymətləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Su təsərrüfatının inkişafındakı xidmətlərinə görə Fərda İmanova “Azərsu” ASC-nin Fəxri fərmanını və xatirə hədiyyəsini təqdim edib.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev, “Sukanal” ETLİ-nin direktoru Vüqar Mirzəyev və Baş elmi işçi Fazil Əbilov Fərda müəllim haqqında xoş sözlər söyləyərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Sonda Fərda İmanov çıxış edərək, göstərilən diqqət və qayğıya görə “Azərsu” ASC-nin, eləcə də “Sukanal” ETLİ rəhbərliyinə və kollektivə dərin minnətdarlığını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram