Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Ətə qoyulan MƏHDUDİYYƏT - Yerli istehsal təlabatı ödəyəcəkmi?

27-07-2021, 18:45

Ətə qoyulan MƏHDUDİYYƏT - Yerli istehsal təlabatı ödəyəcəkmi?

DogruXeber.az xəbər verirki, Xaricdən Azərbaycana həm diri heyvan, heyvan mənşəli məhsulların, həm də quş ətinin idxalı məhdudlaşdırılıb.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xentiy, Dornoqov və Süxbator vilayətlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq edib.

Eləcə də Qana respublikasının bir sıra inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyinin qeydə alınması ilə bağlı olaraq ordan bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Məlumdur ki, son llər dünyada yolxucu xəstəliklərin artması, eləcə də pandemiya şəraitində dövlətlərarası gediş-gəlişə məhdudiyyətlərin qoyulması ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. İndi ölkələrdə ərzaq təlabatının yerli məhsulların vasitəsilə ödənilməsi, idxaldan asılılığın minimuma endirilməsi istiqamətində addımlar atılır. Bu baxımdan da Azərbaycana ət idxalının azaldılması da vacib bir amilə çevirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında ölkəyə 18308 ton ət idxal olunub ki, bunun üçün 40 milyon dollara yaxın vəsait xarici ölkələrə daşınıb.

Bəs, Azərbaycanda ət, eləcə də quş ətinin istehsalı hansı səviyyədədir, bu sahədə idxaldan asılılığı azaltmaq üçün potensial varmı?

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda ətə olan təlabatın cəmi 40 faizini yerli istehsal təmin edir:

“Ət istehsalının artırılması üçün fermerlərin fəaliyyətlərinin stimullaşdırılmalı, həm də onların bazara çıxış imkanları genişləndirilməlidir. Fermerlər dövlət tərəfindən ətlik cins heyvanlarla təmin oluna bilər. Əvvəlki illərdə bu istiqmətdə bir sıra addımlar atılıb, amma bu işlər səmərə verməyib. Bu məsələ bir sıra amillərə diqqət verilməlidir – həm Azərbaycanın iqliminə uyğun iqlimi olan ölkələrdən heyvanlar gətirilməlidir, həm də onların saxlanma qaydaları fermerlərə izah olunmalıdır”.

İqtisadçı deyib ki, Azərbaycanda təlabatın 60-70 faizini ödəyəcək qədər məhsul istehsal etmək üçün potensial var:

“Bu isə artıq idxaldan asılılıq sayılmır. Belə olarsa, xaricdə ətin qiymətinin artması da Azərbaycan bazarına təsir etməz”.

Akif Nəsirli bildirib ki, eləcə də Azərbaycanda həm quş ətinin, həm də quş yemlərinin istehsalının genişləndirilməsinə ehtiyac var.

İqtisadçı hesab edir ki, ümumiyyətlə aqrar sahədə atılan addımlar zamanı əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunması ön plana keçməlidir:

“Dövlət kənd təssərrüfatınin inkişafına son iki ildə təxminən 40-50 milyard manat vəsait ayırıb. Bu Azərbaycanın öncül kənd təssərrüfatı ölkələri ilə rəqabət aparmasına imkan verir, amma kartof, soğan, xiyar, pomidor, qarpız və yemişdən başqa digər məhsullar heç yerli təlabtın 40 faizini ödəmir. Digər sahələr üzrə də planlı iş təşkil olunmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram