Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İrəvanı məcbur etdik! - “Sülh müqaviləsi imzalamağa...”

27-07-2021, 19:05

İrəvanı məcbur etdik! - “Sülh müqaviləsi imzalamağa...”

DogruXeber.az: - Ermənistan müdafiə nazirinin birinci müavini Arşak Karapetyan iyulun 27-də Moskvaya uçub. Məlumatı “168.am” saytı yayıb. Bildirilib ki, o, səfər çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək. İyulun 26-da Rusiya Müdafiə Nazirliyi Şoyqu ilə Karapetyan arasında telefon danışığının olduğunu bildirmişdi. Həmin danışıqda regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraqlar müzakirə edilib.

Siyasi analitik Rusif Məmmədsoy sözügedən səfər barədə “Sherg.az”a danışdı:
“Bu, gözlənilən idi. Rusiya Ermənistanı təlimatlandıracaq. Hərçənd, bəlkə də, buna ehtiyac yox idi. Biz artıq İrəvanı məcbur edə bildik. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan özü də deyib ki, yekun sülh müqaviləsini imzalamağa hazırdır”.

R.Məmmədsoy, həmçinin proseslərin gələcək inkişafı barədə proqnozlarını bölüşdü:
“Müharibə olmayacaq. Ermənistanın bunun üçün lazımi potensialı yoxdur. Son günlər baş verənlər isə Bakının məcburetmə əməliyyatları idi. Çünki Ermənistan üçtərəflə razılaşmaları yerinə yetirmirdi.
Əlbəttə, əməliyyatların prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasındakı görüşdən sonra baş verməsi təsadüfi deyil.
Putin də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Və əslində bu, İrəvanın özü üçün də faydalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram