Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Bu yazını Allah sənə yazıbsa sən koronavirusda öləcəksən"

29-07-2021, 12:07

"Bu yazını Allah sənə yazıbsa sən koronavirusda öləcəksən"

DogruXeber.az: - “İnanın, Səməd haqda ürək ağrısı ilə danışıram. Halım yoxdur artıq suallara cavab verməyə. Mən istəyirəm sizin vasitənizlə bu söhbətə son qoyum. Yaxşı olardı ki, onunla bağlı hər bir sualı ailəsi cavablandırsın, onlar qalıb bir yanda, hər şeyi məndən soruşurlar. Elə bilirsiniz ki, bu hamının xoşuna gəlir? İnsanlar sosial şəbəkələrdə yazırlar ki, münasibətləri yaxşı deyildi, öləndən sonra onun haqda danışır. Həmin insanlara sual verirəm ki, ailələrində heç söz-söhbət olmayıb? Biz Səmədlə bir ailə kimi olmuşuq, təbii ki, söz-söhbətlər də olmalı idi. Uzun illər birgə çalışmışıq. Bu bizim ailəmizin içində olan söhbət idi, onu da biz həll etmişdik. Ömür boyu dost olmuşuq, düşmən olmamışıq, mənə çörək verib, bunu itirə bilmərəm. İtirsəm, nankor olaram. Bəzi insanlar bilməyə-bilməyə orada rəylər yazırlar. Bu küsülülüyümüzü ömrümüzün axırına qədər başımıza vurmağın nə mənası var axı? Mənim artıq əsəblərim tab gətirmir”.

Bunu Moderator.az-a açıqlamasında müğənni Sevda Əliqızı Xalq artisti Səməd Səmədov haqda danışarkən deyib. O daha sonra əlavə edib.

“Aləmi qatırlar bir-birinə. Nəyə lazımdır? Biz görmüşük ki, qanı su ilə yuyarlar, amma bizdə əksinədir, qanı qanla yuyurlar. İnsan artıq ölüb gedib, yenə də danışırlar. Dilim də gəlmir ki, ona rəhmətlik deyim. O qədər həyat eşqi ilə dolu insan idi ki, heç yatsaydım da yuxuma gəlməzdi ki, Səməd qəfildən yox olar. Tural adlı dostumuz var, mənə qəfildən dedi ki, Səməd bəy virusa yoluxub. İnanmadım, götürüb Səmədə zəng etdim. Telefonu özü götürdü, səsi xırıldayırdı, öskürə-öskürə danışırdı. Dedi ki, şou proqramlara getdim, yəqin kimsə xəstə olub, mənə keçirib. Ona dedim ki, sağalacaqsan, fikir etmə. Dedi ki, əlbəttə, yaxşı olacağam. Bu elə onun axırıncı sözü oldu. Səhər tezdən eşitdim ki, Səməd rəhmətə gedib. Yaxşı ki, ölümündən əvvəl onunla danışdım, buna görə çox sevinirəm” - deyə müğənni bildirib.

Sevda Əliqızı sənət dostlarının vəfasızlığından da danışıb.

“Hamısı pandemiyanı bəhanə edir. Bu yazını Allah sənə yazıbsa sən koronavirusda öləcəksən, deməli ki, belə də olacaq. Çox vəfasızlıq etdilər. Mən heç vaxt gözləməzdim. Çünki Səməd xeyirə, şərə gedən insan olub. Qadın müğənnilərdən təkcə mən idim orada. Axı Səməd hamınıza çörək verib. Kişilərdən də az idi. Yazıq Əli Mirəliyevi həmişə topa tuturdular, amma o gəlmişdi. Səmədlə Əlinin öz aralarında zarafatı var idi. Xətrini çox istəyirdi, Əli nə qədər ağladı orada. Sənətçilərimizə qarşı bu biganə münasibət təkcə Səmədin dəfnində yox, son illərdə dünyasını dəyişən bir çox sənətkarların dəfnində baş verib. Heç olmasa ən yaxınları gələrdi də” - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram