Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Sizin üzünüzdən Azərbaycan gəncliyi məhv olur" - Hakim narkotik satana qəzəbləndi

29-07-2021, 13:55

"Sizin üzünüzdən Azərbaycan gəncliyi məhv olur" - Hakim narkotik satana qəzəbləndi

Bakıda narkotik satışı ilə məşğul olan şəxs hakim qarşısına çıxarılıb. Onun həm də uzun müddətdir narkotik istifadəçisi olduğu məlum olub.

DogruXeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1977-ci il təvəllüdlü Elşad Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Elşad Əhmədov satış məqsədi ilə külli miqdarda heroin əldə edərək saxlayıb. Polis əməkdaşları Elşad Əhmədovu saxlayan zaman onun üzərində 1.5 kiloqram narkotik vasitə olub. Daha sonra onun evinə baxış keçirilən zaman da narkotik vasitə aşkar edilib.

Elşad Əhmədov ittihamla özünü qismən təqsirli bilib və deyib ki, saxlanılan zaman üzərində narkotik vasitə olmayıb.

O etiraf edir ki, evində narkotik vasitə olub.

Prokuror Orxan Kəngərli bildirib ki, Elşad Əhmədova narkotik vasitədən istifadə, külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı verilib.

Orxan Kəngərli bunu xatırlatdıqdan sonra Elşad Əhmədova sual verib: "Elşad Əhmədov, evindən çıxan narkotiki etiraf edirsən. Təkcə həmin narkotik vasitə ilə də sənə külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı verilə bilər. Həmçinin çəkdiyini də etiraf edirsən. Yəni, polis əməkdaşları səni saxlayan zaman üzərindən çıxan narkotik vasitə heç nəyi dəyişmir. Eyni cəza nəzərə tutulub. Səncə, əlavə narkotik sənin üzərinə niyə "qoyulub"? Qərəz və məqsəd nə ola bilər?".

Elşad Əhmədov bu suala cavab verə bilməyib. Sadəcə olaraq təkrarlayıb ki, narkotik ona məxsus deyil.

Hakim Mahmud Ağalarovun suallarını cavablandıran Elşad Əhmədov narkotikdən 5-6 ildir istifadə etdiyini deyib.

Narkotiki kimdən və necə alması ilə bağlı sualı cavablandıran Elşad Əhmədov bunları deyib: "Bir nəfər iranlı ilə sosial şəbəkədə tanış olduq. Özü mənə təklif etdi. Ondan narkotik almağa başladım. Qramını 10-14 manata alırdım. Mən pulu karta köçürürdüm. Bakıda müxtəlif yerlərə qoyurdu, şəklini də çəkib mənə göndərirdi. Mən də gedib götürürdüm".

Hakim Mahmud Ağalarov son zamanlar ölkədə narkotik vasitələrin dövriyyəsinin, istifadəçilərinin kəskin şəkildə artmasına diqqət çəkərək təqsirləndirilən şəxsə iradlarını bildirib.

"Azərbaycan gəncliyi sizin kimilərin ucbatından məhv olur. Qurtarın bu əməlləri. Sənin əməllərinə görə ailən xəcalət çəkir. Səndən səbəbini soruşuruq, deyirsən ki, "nə bilim". Bəs, bunu kim biləcək? Özünüzü də, gəncləri də, ailənizi də məhv edirsiniz. Valideynləriniz sizi bu günlərinizi görmək üçün böyütməyib. Çəkirsiniz, yayırsınız, cəmiyyəti məhvə aparırsınız.

Əgər iranlı sənə narkotik satmağı təklif etmişdisə, bu barədə polisə məlumat verərdin. İndi gəlib burada danışa bilmirsən, susursan"- deyə hakim bildirib.

Məhkəmə araşdırması davam edir.
Musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram