Yasamalda aksiya yolu bağladılar !! VİDEO
Dünən Yasamal rayon Abbas Mirzə Şərifzadə 12 ünvanında yaşayan sakinlər ATV televiziya kanalının yaxınlığında avtomobil yolunu təxminən 20 dəqiqəyə qədər bağlayıblar.
Hadisə yerinə Yasamal rayon 28-ci polis bölməsinin əməkdaşları gələrək, sakinlərlə danışıq aparıb yolun açılmasını təmin ediblər.DogruXeber.az xəbər verir ki, Yasamal rayon Abbas Mirzə Şərifzadə 12 ünvanında yaşayan 70-şə yaxın sakin aksiya keçirərək avtomobil yolunu bağlamaqla, öz etirazlarını bildiriblər. Hadisə yerində olan əməkdaşlarımız sakinlərdən müsahibə almağa müvəffəq olublar. Abbas Mirzə Şərifzadə 12 ünvanında Aspirantların yataqxanasının sakinləri qeyd ediblər ki, 2012-ci idə Akademiya rəhbəri ilə Yevrostroy MMC şirkəti arasında müqavilə imzalanıb. Yataqxana sakinləri bildirir ki, müqavilə bağlananda bizə bildirildi ki, yaşadığımız binaya birləşik 4 blolklu bina inşa ediləcək və həmin binanin iki bloku Akademiyanın işçilərinə yəni ,yataqxana sakinlərinə veriləcək, digər iki bloku isə şirkət tərəfindən satılacaq.Şikayətçilər qeyd edirlər ki, 2017-ci ildə şirkət binanin tikintisini başa çatdırdı, amma müqavilənin şərtlərinə əməl etmədilər.Akademiya ilə müqavilə bağlayan Yevrostroy MMC şirkətinin səlahiyyətli şəxsi Bəxtiyar Təhməzov bizimlə müqavilə bağlayarkən bizi tam əmin etmişdir deyə sakinlər qeyd etdilər. Yataqxana sakinləri bildirirlər ki, bir ildir bütün dövlət orqanlarına bu cür qanunsuzluq barədə rəsmi müraciət etsək də dərdimizə əlac edən bir orqan yoxdur və odur ki, məcbur olub yolu bağlamağı seçim etdik. Bu gün sakinlərdən aldığımız məlumata görə Yasamal icra hakimiyyətinin rəhbərliyi yataqxana sakinlərindən bir qismini qəbul edib, sikayətlərini dinlədikdən sonra deyib ki,”indi işlərimiz çoxdur seçkilərdən sonra məsələni yenidən dinləyib bir qərar verərik”deyə rayon İcra orqan rəhbərliyi bildirib.
Qarşı tərəfi mövqeyin dinləyib dərc etməyə hazırıq:
DogruXeber.az