Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bizə legioner idmançılar lazımdırsa, Cənubi Azərbaycanı kənarda qoyub niyə dağa-daşa düşürük? - ETİRAZ

30-07-2021, 11:52

Bizə legioner idmançılar lazımdırsa, Cənubi Azərbaycanı kənarda qoyub niyə dağa-daşa düşürük? - ETİRAZ

DogruXeber.az: - Azərbaycanı “Tokio-2020” olimpiya oyunlarında 44 idmançı təmsil edir.

Ovqat.com xəbər verir ki, açılışından bir həftə keçsə də “Tokio-2020”-dən sevindirici xəbər ala bilməmişik. Baxmayaraq ki, təmsilçilərimizdən hardasa yarısı yarışı başa çatdırıb və əli ətəyindən uzun ölkəmizə qayıdıblar.

Ən maraqlısı isə odur ki, təmsilçilərimizin arasında legioner idmançılar da az deyil; onlar ordan-burdan yığılaraq milli komandaya daxil ediliblər. Görünür, Azərbaycanın idman yetkililəri “yığma komanda” deyiləndə ordan-burdan idmançı yığmağı nəzərdə tuturlar. Başqa sözlə, pambıq yığımı ilə yığma komandanı qarışdırırlar. İdmançıların siyahısına baxanda da bu, aydın şəkildə özünü göstərir.

+1. Anna Skidan (Atletika - çəkicatma)
+2. Maksim Şemberev (Üzgüçülük - 400 m qarışıq)
+3. Mariya Stadnik (Qadın güləşi - 50 kq)
4. Şərif Şərifov (Sərbəst güləş - 97 kq)
5. Zöhrə Ağamirova (Bədii gimnastika - çoxnövçülük)
6. Yelizaveta Luzan (Bədii gimnastika - qrup çoxnövçülük)
+7. Darya Sorokina (Bədii gimnastika - qrup çoxnövçülük)
8. Məryam Səfərova (Bədii gimnastika - qrup çoxnövçülük)
9. Ləman Əlimuradova (Bədii gimnastika - qrup çoxnövçülük)
10. Zeynab Hummatova (Bədii gimnastika - qrup çoxnövçülük)
+11. Marina Nekrasova (İdman gimnastikası - qadınlar çoxnövçülük)
+12. İvan Tixonov (İdman gimnastikası - kişilər çoxnövçülük)
+13. Ruslan Lunyov (Güllə atıcılığı - 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açma)
14. Elçin Əsədov (Velosiped idmanı - şosse)
+15. Milad Beigi Hərçəqani (Taekvondo - 80 kq)
16. Nazim Babayev (Atletika - üç təkanla tullanma)
17. Tayfur Əliyev (Boks - 57 kq)
18. Hacı Əliyev (Sərbəst güləş - 65 kq)
19. Hacımurad Hacıyev (Sərbəst güləş - 74 kq)
20. İslam Abbasov (Yunan-Roma güləşi - 87 kq)
+21. Anna Başta (Qılıncoynatma - sablya)
+22. Elis Manolova (Qadın güləşi - 68 kq)
23. Rafiq Hüseynov (Yunan-Roma güləşi - 77 kq)
24. Fəridə Əzizova (Taekvondo - 67 kq)
25. Rafael Ağayev (Karate - 75 kq)
+26. İrina Zaretska (Karate - +61 kq)
+27. Edi Reski Dviçayo (Badminton)
28. Kəramət Hüseynov (Cüdo - 60 kq)
29. Orxan Səfərov (Cüdo - 66 kq)
30. Rüstəm Orucov (Cüdo - 73 kq)
31. Murad Fətiyev (Cüdo - 81 kq)
32. Məmmədəli Mehdiyev (Cüdo - 90 kq)
+33. Zelim Kotsoyev (Cüdo - 100 kq)
+34. Uşangi Kokauri (Cüdo - +100 kq)
35. Aişə Qurbanlı (Cüdo - 48 kq)
+36. İrina Kindzerska (Cüdo - +78 kq)
+37. Rostislav Pevtsov (Triatlon)
38. Cavid Çələbiyev (Boks - 63 kq)
+39. Lorenso Sotomayor (Boks - 69 kq)
+40. Alfonso Dominges (Boks - 81 kq)
41. Məhəmməd Abdullayev (Boks - +91 kq)
42. Firdovsi Farzaliyev (Karate - 67 kq)
43. Emin Cəfərov (Stend atıcılığı) - vayld kart
44. Məryəm Şeyxəlizadə Xanqan (Üzgücülük).

Göründüyü kimi, ən azı 18 idmançımız Azərbaycana xas olmayan ad və familiya daşıyır. Böyük ehtimalla, onların əksəriyyəti legionerdir.

Dərd burasındadır ki, Cənubi Azərbaycanda olimpiya lisenziyası qazanan xeyli sayda idmançılarımız var. Onların bir bəziləri sırf milli, cinsi və s. ayrıseçkilik səbəbindən bu möhtəbər yarışda iştirak edə bilməyiblər. Hətta məcburən Monqolustan kimi kasıb ölkənin bayrağı altında yarışanlarımız da var.

Məsələn, əslən Xoydan olan cudoçu Səid Molayi özünə İran milli komandasına yer tapa bilməyib, Monqolustan adından “Tokio-2020” olimpiya oyunlarına qatılanlardandır. Bizim legionerlərdən fərqli olaraq, o, yarışın ən yüksək mərhələsinə qədər irəliləyib, yalnız final görüşündə rəqibinə uduzub. Qazandığı gümüş medalı isə İsrailə hədiyyə edib.

Sözsüz ki, olimpiya mükafatçısının bu addımı sionistlərə duyduğu böyük məhəbbətdən irəli gəlmir. Yəqin ki, o, İranın yürütdüyü anti-türk siyasəti və 44 günlük savaşdan ermənilərə verdiyi yardımlara etiraz əlaməti olaraq bu addımı atıb. Mükafatını bəxş etmək üçün xüsusilə İsraili seçməsinin bir səbəbi də elə həmin müharibə zamanı Təl-əvivin bizə verdiyi dəstəklə bağlı ola bilər. Səid Molayinin Tokioda təbrizli cudoçu Arəş Ağayi ilə çəkdirdiyi fotoda bozqurd salami verməsi də onun millətçi düşüncəli gənc olduğunu təsdiqləyir.

Yad bayraq altında yarışan digər cənublu olimpiyaçımız Kimiya Əlizadədir. Kimiya Əlizadə də uğurlu idmançılardan sayılır. 2016-cü ildə Rio-de-Janeyro Olimpiya oyunlarının qalibi olan Kimiya ötən il İranda qadın hüquqlarının tapdalandığına etiraz edərək Niderlanda qaçmışdı. O, bu il də Niderland bayrağı altında “Tokio-2020”-yə qatılıb və böyük ehtimalla yenə ən yüksək kürsüyə çıxmağı bacaracaq.

Bundan əlavə, Tokioda bu il İranı təmsil edən çoxsaylı Azərbaycanlı idmançılarımız var. Bunlardan bəzilərinin adını sıralaya bilərik:

Səccad Gənczadə - Karate -- Biləsuvar
Milad Vəziri - Oxatma -- Azərşəhr
Mehdi Pircahan - Atletika -- Təbriz
Səid Səfərzadə - Velosiped -- Təbriz
Səyid Məruf - Voleybol -- Urmu
Milad Ebadipur - Voleybol -- Urmu
Murtuza Şərifi - Voleybol -- Urmu
Meysəm Salihi - Voleybol -- Urmu
Mehdi Mərəndi - Voleybol -- Qəzvin
Mətin Balseni - Üzgüçülük -- Miyana
Mirhaşım Hüseyni - Taekvondo -- Miyana

Göründüyü kimi, Cənubi Azərbaycanın çox yüksək idman potensialı var və bu potensialdan faydalanaraq, bir çox idman sahələrini də gücləndirə bilərik. Hətta cənublu olimpiyaçılardan ibarət voleybol yığma komandası da yaratmaq olar. Güneylilərin idman yığmamıza cəlbi həm də milli vahidliyimizin və İranla qardaşlıq əlaqələrimizin ən bariz təcəssümünə çevrilə bilər. O zaman bizə doğrudan da legionerlər lazımdırsa, niyə öz potensialımızdan yararlanmayıb, dağa-daşa düşürük?

Olmaya, İrandanmı çəkinirik? Məncə, İran da öz idmançılarının Monqolustanı, Niderlandı təmsil etməkdənsə, Azərbaycan bayrağı altında yarışmasına səs çıxarmaz deməz. Ona görə ki, həmin idmançılar ya İsrail bayrağı qaldırıb, ya da öz ölkələrində hüquqlarının tapdalandığını bəyan edərək başqa dövlətlərə sığınıb İranı dünyanın rişxənd obyektinə çevirməz. Əksinə, ikinci vətənlərinin bayrağını dalğalandırdıqlarına və “ev bizim, sirr bizim” prinsipinə sadiq qaldıqlarına görə həm idmançılara, həm də rəsmi Bakıya minnətdar olar.//Ovqat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram