Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Lənkəranda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar

30-07-2021, 17:46

Lənkəranda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

DogruXeber.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri göstərib.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekshumasiya olunaraq aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram