Belə başçı ilə Laçını ancaq BATIRA BİLƏRİK... - İTTİHAM

DogruXeber.az: - Korrupsiya əməllərinə davam edən Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin adı uzun müddət idi ölkə mətbuatının gündəmindən düşmürdü. İcra başçısı hər il dövlətin yüzminlərlə vəsaitini rahat şəkildə mənimsəyir.

Yenicag.az xəbər verir ki, Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun “xeyir-dua”sı ilə icra başçısı təyin edilən Aqil Nəzərli rayonu özünün şəxsi obyektinə çevirib.

Laçın rayonundan verilən məlumata görə, Aqil Nəzərlidən başqa rayonun daha iki icra başçısı var. Bunlar Aqil Nəzərlinin atası Ağaxan Nəzərli və qardaşı Müqabil Nəzərlidir. Rayon sakinlərindən kimsə icra başçısı ilə yuxarılara şikayət yazarsa, onun qarşısına ya Müqabil, ya da Ağaxan Nəzərli çıxır.

Son aylar Müqabil Nəzərli qardaşının müdafiəsinə Qarabağ döyüşlərində iştirak edən bəzi qaziləri də qoşub.

Verilən məlumata görə, Aqil Nəzərli köhnə sələflərindən daha ciddi korrupsiya sistemi yaradaraq hər il dövlətin yüzminlərlə vəsaitini rahat şəkildə mənimsəyir. Laçın İcra Hakimiyyətinin əsas korrupsiyası dövlət tərəfindən əkin sahələrinə verilən subsidiya yardımından, dövlət büdcəsindən çalışan işçilərdən hər ay yığılan “Xeyriyə Fonduna” keçirilən vəsait və dövlət tərəfindən Qayğı qəsəbəsinin təmiri üçün hər il ayrılan külli miqdarda vəsaitlərin xərclənməsindəndir.

Məlumatda bildirilir ki, Laçın rayonuna əkin sahələri üçün dövlət tərəfindən ayrılmış subsidiyanın böyük bir hissəsi icra başçısına çatır. Belə ki, rayonda subsidiyalarla bağlı siyahıyaalınma və sənədləşmələri rayon icra başçısının yerli nümayəndləri tərtib edir. Tərtib edilən siyahıyaalınmada isə bir çox torpaq sahələrindəki əkinin təyinatı icra nümayəndələri tərəfindən dəyişdirilir. İcra nümayəndələri təərfindən təyinatı dəyişdirilən torpaq sahəsinə ayrılan subsidiyanın yarı hissəsi icra başçısına çatır.

Bundan başqa rayonda böyük torpaq sahələri olan fermerlərə verilən subsidiyanın bir hissəsi Aqil Nəzərliyə verilir. Hər il Laçın rayonunda ümumilikdə 3 min hektardan çox torpaq sahəsi əkilir və bu Aqil Nəzərlinin cibinə ildə 150 min manata yaxın vəsaitin girməsi deməkdir.

Laçın rayon idarə və müəssisələrində işləyən bütün fəhlələrin hər ay əmək haqqından məcburi olaraq 1% Laçın rayon “Xeyriyyə Fondu”nun bank hesabına ödənilir. Həmin vəsait isə heç bir zaman təyinatı üzrə istifadə edilmir və mütəmadi olaraq Aqil Nəzərlinin yaxın adamlarının adlarına 30, 500, 1000 manat yazılaraq hesabdan pullar çıxarılır.

Hər il dövlət büdcəsindən Laçın rayon İcra Hakimiyyətinə rayonun Qayğı qəsəbəsində təmir və tikinti işləri üçün külli miqdarda vəsait ayrılır. Ayrılan vəsaitin demək olar 80 faizi birbaşa Aqil Nəzərliyə çatır. İcra başçısı təmir və tikinti işlərini büdcə təşkilatlarının boynuna “yükləmək”lə ayrılan vəsaiti çox rahatçılıqla mənimsəyir.

Laçında rayon sakinləri başçı ilə bağlı Prezident Adminstrasiyasına hansısa bir şikayət ünvanlayan kimi Ağaxan Nəzərovla Müqabil Nəzərli minnətçi düşürlər. Hətta Müqabil Nəzərli ətrafına yığdığı bəzi qazilərlə həmin şikayətçilərə hədə-qorxu gəlməkdən belə çəkinmir.

Qeyd edək ki, Laçın rayonunda idarə və müəsissə rəhbərləri ilə icra başçısı Aqil Nəzərli arasındakı maliyə “əməliyyat”ları Müqabil Nəzərli vasitəsi ilə həyata keçirilir.//yenicag.az


Oxunub: 275

Son xəbərlər

Zelenski səfərbərlik haqqında qanunu imzaladı

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

Beyləqanda baş həkimin etirafı: Tikilən biznes obyekti qanunsuz deyil...

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

"Medeks Hospital"da bu həkimlər sertifikasiyadan keçməyib - Külli miqdarda cərimə

Ən çox balı onlar topladı - SİYAHI

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Dövlət Reklam Agentliyinin yeni sədri kimdir? - DOSYE

Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək

Həcc ziyarəti üçün kvota bəlli oldu

Bu ölkə İrana gedən vətəndaşlarına xəbərdarlıq etdi

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər

“Xəzər Hövzəsi Araşdırmaları” proqramının açılışı olub

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Bakıda adsız, ünvansız olan küçə və evlərin problemi - VİDEO

İran XİN: İsrail hücuma cəhd edərsə, dərhal cavab verəcəyik

Gecə ac qarına yatmağın FAYDALARI

Prezident Şirvan suvarma kanalının təməlini qoyub

Dünyada ilk pandemiya 15 milyon il davam edib

İİTKM informasiya sistemlərini “Hökumət buludu”na köçürüb

Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb

Bütün xəbərlər