Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

"Deputatların həbsə düşməsi ilə nəticələnən hadisələr hamını üzür" - Gülər Əhmədova

4-08-2021, 17:50

"Deputatların həbsə düşməsi ilə nəticələnən hadisələr hamını üzür" - Gülər Əhmədova

DogruXeber.az: - Son günlər ölkə mediasının gündəmi deputat Eldəniz Səlimovun polisi döyməsi, elə bu səbəbdən də onun haqqında prokurorluq tərəfindən istintaq tədbirlərinin başladılması, mandatının ləğvi və nəhayət həbs xəbərləri ilə zəngindir. Eldəniz Səlimovun deputat həmkarı Tahir Kərimlinin “polisin yiyəsi var, deputatın isə yox” fikirləri də ölkənin ən çox müzakirə olunan mövzusu sırasındadır. Tahir Kərimlinin fikirləri nəinki öz həmkarları arasında, həmçinin cəmiyyətdə də birmənalı qarşılanmır. Bəziləri onun deputat həmkarını müdafiə etmək üçün belə ifadələr səsləndirdiyini desələr də, bir çoxları Tahir Kərimlinin aid olduğu “klan”ın maraqlarına uyğun davrandığını bildirirlər.

Mövzu ilə bağlı KONKRET.az-a qısa fikirlərini bildirən sabiq deputat Gülər Əhmədova isə bunları deyib: “Təəssüflə qeyd etmək istəyirəm ki, deputatların həbsə düşməsi ilə nəticələnən hadisələr hamını üzür, o cümlədən məni də. Deputatın üzr məktubu, spikerin və digərlərinin çıxışları göstərir ki, bizim bilmədiyimiz məqamlar var. Yəqin ki, nə vaxtsa o məqamlar da açıqlanar. Allah dövlətimizi qorusun, şeytana lənət eləsin, məzluma kömək olsun”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram